Ağlımızı yeyən qidalar Alimlərdən qorxulu xəbərdarlıq
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avstraliyalı tədqiqatçılar müəyyən ediblər ki, çips kimi ultra-işlənmiş qidalar yalnız artıq çəkiyə səbəb olmur, həm də birbaşa beyin fəaliyyətinə mənfi təsir göstərir.
Ölkə.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri "Alzheimer's and Dementia" jurnalındakı nəşrə istinadən yazır.
Monaş Universitetinin alimləri 40-70 yaş arası 2200 yetkin insanın rasionunu təhlil ediblər. Məlum olub ki, gündəlik menyuda ultra-işlənmiş qidaların hər əlavə 10%-i (məsələn, standart bir paket çips) "diqqəti cəmləmə qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına" gətirib çıxarır. Üstəlik, bu effekt rasionun ümumi keyfiyyətindən asılı olmayaraq özünü büruzə verir.
Tədqiqatın aparıcı müəllifi, biokimyaçı Barbara Kardozo izah edib ki, ultra-işlənmə prosesi qidanın təbii strukturunu pozur və ona potensial təhlükəli maddələr əlavə edir. Bunların arasında nişastalı məhsulların qızardılması zamanı yaranan akrilamid, həmçinin ftalatlar və bisfenollar var. Bu birləşmələr beyin toxumasında mikro-zədələnmə ocaqları yarada və demensiya riskini artıra bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 05 May 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















