Icma.az
close
up
RU
Ağrısız doğuş mümkündürmü?

Ağrısız doğuş mümkündürmü?

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Doğuş zamanı qadın müəyyən ağrıları hiss edir.

Uşaqlıq, uşaqlıq boynu, uşaqlıq yolu, aralıq nahiyəsi xeyli dartılır və bu, təbii ki, ağrılara və bəzi xoşagəlməz hisslərə səbəb olur.

Bildiyimiz kimi, güclü ağrı hətta insanın şok nəticəsində həlak olmasına səbəb ola bilər. Lakin bu yalnız patoloji ağrılara aiddir. Doğuş zamanı olan ağrılar isə patoloji deyil, təbiidir və bu səbəbdən belə ağrılar dözülə biləndir və qadının orqanizminə heç bir qadığıcı təsir edə bilməz. Bundan əlavə doğuş zamanı qadının qanına çoxlu miqdarda endorfinlər ("xoşbəxtlik hormonları") ifraz olunur ki, bu hormonlar doğan qadının orqanizminə güclü təbii ağrısızlaşdıran vasitə kimi təsir edir.

Bəzi sadə məsləhətlər qadına doğuşu daha rahat keçirtməyə kömək edə bilər:

- Doğuş ağrıların intensivliyi ilk növbədə qadının doğuşa olan münasibətindən asılıdır. Bunu bütün mama-ginekoloqlar təsdiq edə bilər. Əgər qadın əvvəlcədən özünü ağır iztirablara, dozülməz ağrılara və s. hazırlayıbsa, qadın bunların hamısını alacaq. Lakin əgər qadın səbirsizliklə, sevgi ilə öz körpəsinin doğulmasını gözləyirsə və yalnız körpəsinin bu dünyaya daha asan gəlməsini düşünürsə və bunun üçün hər şey edirsə, bu qadın doğuşu çox rahat və asan keçirəcək.

- Hər bir hamilə qadın özünü doğuşa əvvəlcədən hazırlamalıdır. Bunun üçün xüsusi klublar, məsğələlər və s. var. Əgər qadın müxtəlif səbəblərə görə belə məşğələlərə gedə bilmirsə, doğuş haqqında kitablar oxumalı, İnternetdə bu haqda məlumat toplamalıdır və s. Bu çox vacibdir. Bütün insanlar onlara məlum olmayan şeylərdən qorxur. İlk dəfə doğuşa gedən qadın onu nə gözlədiyini bilmir və məhz bu əsasən qorxuya səbəb olur.

Qohumlar və rəfiqələrin doğuş haqqında "hekayələrinə" qulaq asmaq doğuşa hazırlığın ən pis variantıdır. Bu qadınların arasında çətin doğuş keçirdən qadınlar da tapıla bilər ki, məhz bu qadınların sözləri sizin yaddaşınıza həkk olunaraq sizdə doğuşla bağlı mənfi fikirlər yarada bilər.

- Doğuş zamanı bağlar və əzələlər dartılır və məhz bu ağrılara səbəb olur. Qadın gərgin olduqda, özünü sıxdıqda, bu ağrılar daha güclü olur. Lakin əksinə qadın özünü mümkün qədər "boşaldıqda", sərbəst olduqda, ağrılar azalır.

- Doğuş zamanı belin aşağı hissəsinin massajı çox yaxşı ağrısızlaşdıran təsir edir. Belə masaj sinir impulsların keçirməsini dayandırır və ağrı xeyli azalır. Qadın belə masajı özü özünə edə bilər və ya bunu tibbi personal, doğuşa buraxılmış ana, rəfiqə, bacı və s. etməlidir. Masajı barmaqların ucları ilə, yumruqla, əlin içi ilə etmək olar. Bel nahiyəsini sığallamaq, ovxalamaq, ovuşdurmaq, yavaş-yavaş döyəcləmək və s. lazımdır. Doğuş tutması zamanı bu qayda ilə çanaq sümüklərinə (qarının yan tərəflərində olan sümüklər) təsir etmək olar. Bu da ağrının azalmasına kömək edir.

- Doğuş zamanı qışqırmaq olmaz. Bu doğuş prosesini yalnız çətinləşdirir və ləngidir. Qadın ona doğuş üçün lazım olan gücünü sanki israf edir. Mama-genekoloqlar sübut edir ki, ananın qışqırığı körpəni da çox qorxuzur, və körpə də doğulmağa "tələsmir".

- Doğuş zamanı qadın mama-ginekoloqun göstərişlərinə qarşı diqqətli olmalıdır və bu göstərişləri dəqiqliklə yerinə yetirməlidir. Bu doğuşun daha asan keçməsi və daha tez başa çatması üçün olduqca vacibdir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see367

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see337

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see317

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see310

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see301

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see299

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see290

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see249

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see243

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see234

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see233

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see231

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see228

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see225

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see219

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see218

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see216

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see204

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri