Ağrıyan nahiyəyə və şişlərin üzərinə isti qoymaq olmaz Həkimlərdən XƏBƏRDARLIQ
Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.
İnsanlar bəzən ağrıyan nayihəyə isidici kompress, isti "qrelka" qoyur, isti suda vanna qəbul edir, müxtəlif qızdırıcı mazlar çəkirlər.
Bakupost.az xəbər verir ki, tanınmış rusiyalı həkimlər nevroloq Dmitriy Şubin və aparıcı-həkim Yelena Malışeva xəstələri bu prosedurlardan çəkinməyə çağırıb.
“Xüsusən qadınlar yumurtalıq ağrılarında qarına isti qoyur. İstənilən orqanda bəd və ya xoş xassəli şişlər, kistlər ola bilər.
Ağrı bu səbəbdən yaranır. Həkimə getməkdənsə, həmin nahiyəyə isti qrelka, isti su qoymaq, maz çəkmək şişləri daha da aktivləşdirib, böyüdə bilər.
Spazmı, ağrını isti etməklə yumşaltmaq iltihabi prosesdə, irində, kistdə və şişlərdə qəti əks göstərişdir.
Qaraciyər, böyrək, belə, uşaqlıq və yumurtalıq üzərinə diaqnozdan xəbəriniz olmadan qaynar “qrelka” qoymayın.
İsti təsir həmin hissədə qan axınını artırır, bu da şişi əksinə qidalandırıb sürətlə böyüdür. Şiş böyüyür, aktiv metastaz verir”.
Əgər mütəmadi səbəbi bilinməyən ağrı, bədənin tez-tez qızdırması, daimi yorğunluq, çəkinin itməsi, gecə tərləmələri varsa, bu onkologiyadan xəbər verə bilər.
Xüsusən 45-50 yaşdan sonra istənilən kiçik siqnalda həkimə getmək mütləqdir.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Noyabr 2024 03:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















