Icma.az
close
up
RU
İsti havada ölüm riski də atır: Həkimlərdən yeməklə bağlı XƏBƏRDARLIQ

İsti havada ölüm riski də atır: Həkimlərdən yeməklə bağlı XƏBƏRDARLIQ

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yayda temperaturun artması ilə qida zəhərlənməsi riski artır. 

Bu baxımdan, insanların istehlak etdiyi qidalara diqqətlə yanaşması vacibdir. Qidadan zəhərlənmə təkcə yay mövsümündə ən çox istehlak edilən qarpızla bağlı deyil. Digər qidalarda da bu problem müşahidə oluna bilər.

Türkiyənin qida məsələləri üzrə mütəxəssisi Dr.Füsun Topçugil yay aylarında xarab olmağa daha çox meyilli olan qidaların sağlamlıq üçün necə təhlükə yaratdığını və qida zəhərlənməsindən necə qorunacağını açıqlayıb. 

Onun sözlərinə görə, qida zəhərlənməsi mikroorqanizmlərlə xarab və ya çirklənmiş qidaların qəbulu nəticəsində mədə və bağırsaq sistemində baş verən infeksiyadır. Ümumi səbəblər arasında Salmonella, E. coli və Campylobacter kimi bakteriyalar, Norovirus kimi viruslar da bu cür infeksiyalara səbəb ola bilər. O, isti havalarda mikroorqanizmlərin daha sürətlə çoxaldığını bildirir: 

“Ərzaqların uyğun şəraitdə saxlanmaması çirklənməni və xarab olmağı sürətləndirir, sağlamlığımız üçün təhlükə yaradır. Qida zəhərlənməsinin simptomları qida qəbulundan bir neçə saat sonra hiss olunmağa başlayır. 

Bəzi hallarda bu müddət 12 saatdan 72 saata qədər uzana bilər. Ürəkbulanma, qarın ağrısı, qızdırma və ishal qida zəhərlənməsinin ümumi simptomlarıdır. Semptomlar yüngül ola bilər, lakin bəzi insanlarda kəskinləşə bilər. 

Uşaqlar, yaşlılar, hamilə qadınlar və immuniteti zəif olan şəxslər daha diqqətli olmalıdırlar. Yüngül qida zəhərlənməsi bir neçə gün ərzində öz-özünə keçə bilər. Ancaq bu proses zamanı çoxlu maye içmək bədənin itirdiyi elektrolitləri əvəz etmək üçün çox vacibdir. 

Qusma və ishal nəzarət altına alındıqdan sonra yüngül qidalar qəbul etmək məsləhət görülür. Düyü, alma və banan kimi mədədə asan həll olan qidalar daha yaxşıdır. Dərman istifadə edərkən həkimə müraciət etmək vacibdir. Antibiotiklərin və ya ishal əleyhinə dərmanların istifadəsi prosesi daha da çətinləşdirə bilər. 

Cəmiyyətdə yayılmış fikirlərdən biri də balıq və qatığın birlikdə istehlakının zəhərlənməyə səbəb olacağıdır. Təzə və düzgün saxlanılan balıq və qatıq birlikdə istehlak edilə bilər”. 

Mütəxəssis Füsun Topçugilin sözlərinə görə, zəhərlənmə riski bu iki qidanın bir yerdə istehlak edilməsindən deyil, məhsulların təzə olmamasından irəli gəlir: 

“Xarab balıq və ya qatıq tək istehlak edildikdə belə, ciddi problemlər yarada bilər. Özünüzü qida zəhərlənməsindən qorumaq üçün bəzi əsas vərdişlərə yiyələnmək kifayətdir. Qidaların soyuducuda uyğun temperaturda saxlanması, bişirmə zamanı adekvat temperatura çatması, eyni avadanlıqla çiy və bişmiş qidaların hazırlanmasından çəkinmək yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır. Açıq havada satılan və ya uzun müddət günəş altında qalan qidalar yay aylarında risk yarada bilər. Ərzaq alarkən etibarlı yerlərə üstünlük verilməlidir. Tətil günlərində çöldə istehlak edilən qidaların keyfiyyətinə, təravətinə, saxlanma şəraitinə diqqət yetirilməlidir". 

Qeyd edək ki, yay mövsümündə ən çox zəhərlənməyə səbəb olan qidalardan biri də dönərdir. Son vaxtlar Azərbaycanda dönərdən bir neçə zəhərlənmə hadisəsi qeydə alınıb. Bu günlərdə isə 16 nəfərin qarpızdan zəhərləndiyi ilə bağlı məlumat yayılmışdı. Bütün bunları nəzərə alaraq istehlakçılar qidalarla bağlı ehtiyatlı olmalıdırlar. 

Nigar 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri