Icma.az
close
up
RU
Agro Dairy də taxıl biçini mövsümü rekord göstəricilərlə yekunlaşıb

Agro Dairy də taxıl biçini mövsümü rekord göstəricilərlə yekunlaşıb

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkənin aparıcı aqrar sənaye şirkətlərindən olan "Agro Dairy" 2025-ci il üzrə taxıl biçini mövsümünün əsas mərhələsini yüksək nəticələrlə yekunlaşdırdığını elan edib. Cari mövsümdə şirkətin bitkiçilik təsərrüfatı məhsuldarlıq və keyfiyyət göstəriciləri baxımından fəaliyyət tarixinin ən yüksək nəticələrinə imza atıb. Belə ki, 55 min tondan artıq yerli buğdanın emalı ilə "Agro Dairy" ölkədə ərzaqlıq buğda istehsalı üzrə yeni bir rekord müəyyənləşdirib.

Məlumat üçün qeyd edək ki, cari ildə "Agro Dairy" şirkətinin təsərrüfat sahələridən bu günədək ümumilikdə 82.3 min ton yüksəkkeyfiyyətli buğda və arpa istehsal olunub ki, bu həcmin də əsas hissəsi Hacıqabul və Tovuz təsərrüfatlarının payına düşür.

Məhsuldarlıq göstəriciləri xüsusilə pivot suvarma texnologiyasının tətbiq olunduğu sahələrdə yüksək nəticələrlə fərqlənib. Hacıqabul təsərrüfatında 497 hektar ərazidə buğda üzrə məhsuldarlıq 7.8 ton/ha səviyyəsinə çatıb. Bu da öz növbəsində, region üzrə ən yüksək nəticələrdən biri hesab olunur. Tovuz təsərrüfatında isə 1 649 hektar sahədə 7.5 ton/ha məhsuldarlıqla yeni regional rekord müəyyən edilib.

Şirkətin baş icraçı direktoru Niyazi Əmirbəyov qeyd edib ki, yüksək göstəricilər "Agro Dairy"nin 10 ildən artıq müddətdə həyata keçirdiyi məqsədyönlü strategiyanın, peşəkar idarəetmənin və sistemli fəaliyyətinin nəticəsidir:

"Bu nailiyyətlər şirkətin inkişaf yolunun başlanğıcıdır və əldə olunan nəticələrdə dövlətin aqrar sahəyə verdiyi dəstəyin, xüsusilə də ərzaqlıq buğda proqramı çərçivəsində tətbiq olunan məhsul subsidiyalarının mühüm rolu var. Sözügedən subsidiyalar fermerləri və iri təsərrüfatları müasir aqrotexniki yanaşmaları tətbiq etməyə, yüksək reproduksiyalı toxumlarla məhsuldarlığı artırmağa və keyfiyyətli ərzaqlıq buğda istehsalına təşviq edir. Bu mexanizmlər sayəsində "Agro Dairy" həm istehsal imkanlarını genişləndirə, həm də ölkədə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə strateji töhfə verə bilib."

Qarabağ bölgəsindəki dəmyə əkin sahələrində bu il ilk dəfə olaraq əhəmiyyətli nailiyyətlər müşahidə olunub. Ümumilikdə buğda və arpa sahələrindən 18 min tondan artıq məhsul tədarük edilib ki, bu da bölgə üçün parlaq nəticə kimi qiymətləndirilir.

Statistik rəqəmlər şirkətin geniş əkin sahələrində indiyədək əldə etdiyi ən yüksək məhsuldarlıq səviyyəsini əks etdirməklə, "Agro Dairy"nin tarixində həyata keçirilmiş ən uğurlu biçin kampaniyası kimi yadda qalıb.

Qeyd edək ki, şirkətin təsərrüfatlarında dövlət dəstəyi ilə müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində işlər ardıcıl və sistemli şəkildə davam etdirilir. Pivot, damcılı və çiləmə sistemləri su resurslarının düzgün idarə olunmasına və məhsuldarlığın artmasına şərait yaradır. Cari ildə yalnız pivot suvarma ilə əhatə olunmuş 10 317 hektar sahədən 69 054 ton məhsul istehsal edilməsi bu yanaşmanın real təsir gücünü təsdiqləyir.

"Agro Dairy"nin bitkiçilik üzrə icraçı direktoru Ramil Məmmədovun sözlərinə görə, mövsüm ərzində qeydə alınan məhsuldarlıq göstəriciləri müasir aqrotexniki yanaşmaların və suvarma texnologiyalarının effektivliyini aydın şəkildə nümayiş etdirir və şirkət bu modeli daha geniş əkin sahələrinə tətbiq etməyi hədəfləyir.

Dörd əsas biznes istiqaməti üzrə fəaliyyət göstərən "Agro Dairy" şirkəti 14 ixtisaslaşmış müəssisəni birləşdirən və "torpaqdan süfrəyə" qədər bütün dəyər zəncirini əhatə edən inteqrasiya olunmuş modeli ilə ölkədə ərzaq təhlükəsizliyinə və aqrar sahənin davamlı inkişafına strateji töhfə verir. Sertifikatlı toxum, keyfiyyətli məhsul və yüksək məhsuldarlıq prinsipləri ilə tanınan şirkət fermerlərin etibarlı tərəfdaşı və bazarın aparıcı iştirakçılarından biri kimi tanınır.

Ətraflı məlumat üçün: agrodairy.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Avqust 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri