Icma.az
close
up
RU
Yerli buğda emalında yeni rekord: Agro Dairy ərzaq təhlükəsizliyində liderliyini möhkəmləndirir

Yerli buğda emalında yeni rekord: Agro Dairy ərzaq təhlükəsizliyində liderliyini möhkəmləndirir

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyasına töhfə verən aparıcı kənd təsərrüfatı şirkətlərindən biri "Agro Dairy" növbəti uğura imza atıb. Qrupun taxıl emalı biznes istiqamətinə daxil olan və yüksək keyfiyyətli un məhsullarının istehsalı üzrə ixtisaslaşan "ATS Mill" müəssisəsi cari ildə 55 min ton yerli ərzaqlıq buğda emalı ilə rekord göstəriciyə nail olub. Ötən illərlə müqayisədə əldə olunan əsaslı artım daxili tələbatın yerli istehsal hesabına qarşılanmasına yönəlmiş dövlət siyasətinə uyğun fəaliyyətin uğurla davam etdiyini təsdiqləyir.

Xüsusilə, ölkədə həyata keçirilən subsidiya siyasəti və ərzaqlıq buğda proqramı taxıl sektorunun inkişafına güclü təkan verərək artım tempini sürətləndirib, yerli dəyirmanların istehsal imkanlarını əhəmiyyətli dərəcədə artırıb. İstehlakçılar tərəfindən daha çox "Abşeron" və "Cənub" un brendləri ilə tanınan, ölkənin un sənayesinin əsas iştirakçılarından biri olan "ATS Mill" müəssisəsi bu imkanlardan səmərəli yararlanaraq taxılın təmizlənməsi, üyüdülməsi və qablaşdırılmasını müasir texnologiyalar və qabaqcıl metodlarla həyata keçirir.

Belə ki, əgər 2022-ci ildə müəssisədə 17 min ton, 2023-cü ildə isə 18 min ton yerli buğda emal olunmuşdursa, cari ildə bu rəqəm 55 min tona çataraq şirkətin fəaliyyət tarixində ən yüksək göstərici kimi qeydə alınıb. Qarşıdakı 2025-2026-cı il mövsümündə isə müəssisənin 70 min tondan artıq yerli buğda emal etməsi planlaşdırılır ki, bu da ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında yeni bir mərhələ kimi dəyərləndirilir.

"Dövlət proqramlarının, xüsusilə də ərzaqlıq buğda proqramının tətbiqi, hədəfli subsidiyalar, zəmanətli alış mexanizmləri və planlı fəaliyyət sektorun uzunmüddətli inkişafı üçün möhkəm baza formalaşdırır. Yüksək nəticələrin əldə olunmasında innovativ texnologiyalar, dövlət dəstək mexanizmləri, resurslardan səmərəli istifadə və müəssisənin daxili potensialının gücləndirilməsi həlledici rol oynayır", - deyə "Agro Dairy" Qrupun baş icraçı direktoru Niyazi Əmirbəyov bildirib.

İllər əvvəl istifadəsiz qalmış minlərlə hektar ərazini yenidən dövriyyəyə cəlb edərək innovativ əkin sistemləri və müasir kənd təsərrüfatı avadanlıqlarının tətbiqi nəticəsində "Agro Dairy" Qrup torpaqdan süfrəyə qədər "dəyər zənciri"nin bütün mərhələlərini əhatə etməklə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Avqust 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri