Icma.az
close
up
RU
AGSC Avropa İttifaqı ilə əlavə qaz tədarükü üçün müqavilə hazırlayır

AGSC Avropa İttifaqı ilə əlavə qaz tədarükü üçün müqavilə hazırlayır

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda “Azerbaijan Gas Supply Company” (AGSC) Avropaya əlavə qaz tədarükü üçün müqavilələrin hazırlanması üzərində işləyir.

Bunu AGSC-nin baş direktoru Lidiya Salaxova Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı bildirib.

"Ötən il biz Trans-Adriatik Qaz Boru Kəməri Konsorsiumu (TAP AG), İtaliyanın qaz nəqli sisteminin operatoru SNAM və Yunanıstanın təbii qaz nəqli şirkətinin operatoru olan DESFA tərəfindən təşkil edilmiş bazar sınağında iştirak etdik. Nəticədə AGSC onların infrastrukturunda 1 milyard kubmetr həcmində əlavə ötürücülük qabiliyyəti rezerv edib. Bu isə 2026-cı ildən etibarən Aİ bazarına əlavə qaz həcmlərinin uzunmüddətli tədarükünə başlamaq üçün şərait yaradır", - L.Salaxova qeyd edib.

Onun sözlərinə görə, şirkət bu tədarüklərin planlaşdırılmış müddətlərdə həyata keçirilməsi üçün müvafiq müqavilələrin hazırlanması prosesini davam etdirir.

O qeyd edib ki, son illər AGSC artan enerji tələbatını ödəmək üçün tədarük mexanizmlərini daim optimallaşdıraraq öz mövcudluğunu genişləndirib:

"Təkcə ötən il "Şahdəniz" yatağında təbii qaz hasilatı rekord səviyyəyə çatıb. Bu isə bizə ilkin planlaşdırılmış həcmləri aşmağa və 27 milyard kubmetrdən çox qazı həm uzunmüddətli, həm də qısamüddətli müqavilələr çərçivəsində 30-dan çox alıcıya tədarük etməyə imkan verib. Biz bazarın yüksək marağını müşahidə edirik: getdikcə daha çox alıcı bizimlə əməkdaşlığa və "Şahdəniz"dən Azərbaycan qazına maraq göstərir. Biz müqavilə portfelimizi fəal şəkildə genişləndirməyə və möhkəmləndirməyə davam edirik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 04 Aprel 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see170

İtaliyada Etna vulkanı kül və lava püskürür

09 Aprel 2025 10:47see133

Bu gün Bakıda prezidentin iştirakı ilə forum keçiriləcək

09 Aprel 2025 09:27see128

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

09 Aprel 2025 09:21see127

Türk dövlətləri Canubi Kiprdə niyə səfirlik açır?

09 Aprel 2025 18:08see124

Yaşı 40 dan yuxarı olan şəxslər üçün XOŞ XƏBƏR

10 Aprel 2025 21:06see124

Dünyanın ən güclü dövləti... Prezident

09 Aprel 2025 11:57see123

Səliqəli otaqlar üçün dekorasiya FİKİRLƏRİ

09 Aprel 2025 09:05see123

Türkiyə millisinin üzvü: Münhendə qalib gəlmək çox çətindi, amma...

09 Aprel 2025 09:03see121

Kadırov polisə hucum edən şəxsin atasını və qardaşlarını ölkədən qovdu

09 Aprel 2025 12:10see121

Çinli hərbi əsirləri yalnız onlarla dəyişəcəyik Zelenski şərtlərini bildirdi

10 Aprel 2025 00:06see120

Hərbi gəmilərin Panamadan sərbəst keçidi üçün... Heqset

10 Aprel 2025 00:18see119

Netanyahu Trampla görüşdən sonra İran üçün iki ssenarinin adını çəkdi

09 Aprel 2025 09:01see118

Yapi Kredi Bank dan şikayət

09 Aprel 2025 10:18see117

İtaliya klublarının hədəfindədir

10 Aprel 2025 20:56see115

“Ya danışıq aparacaqlar, ya da bədələini ödəyəcəklər” Tramp İranı hədələdi

09 Aprel 2025 11:07see115

Bu simptomlar xərçəngdən xəbər verə bilər

10 Aprel 2025 01:56see115

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see113

ABŞ ÇİN ARASINDAKI TİCARƏT SAVAŞI KƏSKİNLƏŞDİ Tramp elə qərar verdi ki...

09 Aprel 2025 23:50see111

Osteoartritin inkişafına səbəb olan risk faktorları…

10 Aprel 2025 22:07see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri