Icma.az
close
up
RU
Türk dövlətləri Canubi Kiprdə niyə səfirlik açır?

Türk dövlətləri Canubi Kiprdə niyə səfirlik açır?

Icma.az bildirir, Metbuat portalına istinadən.

Qazaxıstan, Türkmənistan və Özbəkistan Cənubi Kipr Respublikasında səfirlik açması müzakirələrə səbəb olub. Bəs bu, Türkiyə ilə münasibətlərə necə təsir göstərəcək?

Millət vəkili Elçin Mirzəbəyli Metbuat.az-a açıqlamasında bildirib ki, burada beynəlxalq hüququn norma və prinsipləri baxımından hər hansı bir problem yoxdur:

“Bu qərarın qəbul olunma səbəbləri ilə bağlı isə yalnız fərziyyələr irəli sürə bilərik, çünki səfirliklərin açılması barədə rəsmi və əsaslandırılmış bir açıqlama verilməyib. Qənaətimə görə, əgər Şimali Kipr Türk Respublikası TDT-yə üzv qismində qəbul olunubsa və məlum olduğu kimi, bu quruma üzv dövlətlərdən yalnız Türkiyə rəsmi şəkildə Şimali Kipri tanıyıbsa, bu halda digər üzv dövlətlərin də həmin qurumun tərkibində Şimali Kiprlə əməkdaşlığa razılıq verməsi müəyyən mənada həmin qurumun tanınması anlamına gələ bilər. Bu, rəsmi tanınma kimi qiymətləndirilməsə də, dolayı yolla bu qənaətə gəlmək mümkündür”.

E.Mirzəbəylinin fikrincə, türk dövlətləri müəyyən balans yaratmaq məqsədilə belə bir addım atmış ola bilər:

“Burada, ehtimal ki, Avropa İttifaqı–Mərkəzi Asiya Sammitinin də müəyyən təsiri olub. Biz Avropa İttifaqıyla Mərkəzi Asiyanın türk dövlətlərinin müəyyən istiqamətlərdə strateji tərəfdaşlıq istiqamətində addımlar atdıqlarının şahidi oluruq. Bildiyimiz kimi, Cənubi Kipr də Avropa İttifaqının üzvüdür. Ola bilsin ki, bu münasibətlərin inkişaf etdirilməsində hər hansı bir maneənin yaranmaması üçün Cənubi Kiprdə səfirliyin açılması məsələsi gündəmə gələ bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri