UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin ilk oyunları çərçivəsində "Selye" - "Fiorentina" matçı mərkəzi qarşılaşmalardan biri olub.
Oxu.Az xəbər verir ki, hesabı 27-ci dəqiqədə açan Ranyeri qonaqların qələbə qazanmaq əzmində olduqlarını göstərib.
Mandraqora 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə Sloveniya təmsilçisini ikinci dəfə meydançanın mərkəzinə dəvət edib.
Altı dəqiqə sonra Delorye-Şobe ev sahiblərinin matçda ilk qolunu vursa da, "Selye""nin bundan artığına gücü çatmayıb. Oyun "Fiorentina"nın 1-2 hesablı qələbəsi ilə nəticələnib.
1/4 final mərhələsinin daha bir maraqlı qarşılaşması "Real Betis" və "Yaqelloniya" arasında keçirilib.
İspanlar Polşa təmsilçisi üzərində inamlı qələbə qazanıblar - 2:0. "Real Betis"in qollarını 24-cü dəqiqədə Bakambu, 45+2-ci dəqiqədə isə Rodriges Karabolya vurublar.
Bu mərhələdə "Dyürqarden" - "Rapid" matçı da gərgin mübarizə şəraitində keçməsi ilə diqqət çəkib.
Tərəflər birinci hissədə qol epizodlarından yararlana bilməyiblər.
Görüşdə hesab 62-ci dəqiqədə açılıb. Findel öz qapısına qol vuraraq Avstriya təmsilçisini önə keçirib. Görüş "Rapid"in minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 11 Aprel 2025 01:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















