Icma.az
close
up
RU
Çox qızartma və ədviyyatlı yemək yeyənlərin nəzərinə

Çox qızartma və ədviyyatlı yemək yeyənlərin nəzərinə

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Qidanın orqanizm tərəfindən qəbul edilməsi qədər təbii bir proses yoxdur. Lakin bəzi hallarda yemək yemək güclü ağrı və yanmalar, mədə bulantısı və qusma kimi şikayətlər də yaradır. Xüsusilə də mədə yarası olan birində yemək yemək ciddi problemə çevrilə bilər.

Pravda.az mədə yarası ilə bağlı məlumatları təqdim edir:

Mədə yarası mədə və ya onikibarmaq bağırsaqda həzm mayeləri və mədə turşusu səbəbindən yaranan toxuma itkisidir. Bu vəziyyət mədə turşusunun təmasda olduğu yerlərdə yaraların yaranması ilə nəticələnir. Çünki turşu zamanla mədə, qida borusu və onikibarmaq bağırsaqda aşınmalara səbəb olur, bu da dərin və böyük yaraların əmələ gəlməsinə gətirib çıxarır.

Mədə yarası nə üçün yaranır?

Mədə yarası mədəni qoruyan qalın selik (mukus) təbəqəsinin zəifləməsi nəticəsində meydana gəlir. Bu təbəqənin zəifləməsində seliyin azalması və turşuluğun artması rol oynayır. Cinsindən asılı olmayaraq hər kəsdə görülə bilən bu xəstəlik, xüsusilə stressin və emosiyaların intensiv yaşandığı dövrlərdə ortaya çıxır. Bununla yanaşı, mədə yarasının yaranmasında təsirli olan amillər bunlardır:

Bəzi dərmanların uzun müddət istifadəsi,

Radioterapiya,

Siqaret çəkmək,

Yuxusuzluq,

Genetik meyllilik,

Tez-tez qəhvə istifadəsi,

Uzun müddət ac qalmaq,

Həddindən artıq duz istifadəsi,

Yanlış və balanssız qidalanma,

Ətraf mühitin çirkliliyi.

Mədə yarasının əlamətləri nələrdir?

Mədədə yaranan bu yaralar bədəndə müxtəlif cür özünü göstərir. Ən çox rast gəlinən şikayətlərdən biri qarının yuxarı hissəsində hiss edilən yanma və ağrılardır. Bunlarla yanaşı, aşağıdakı simptomlar da müşahidə oluna bilər:

Qabarıqlıq (şişkinlik),

Qaz,

Mədə bulantısı,

Qusmadan sonra yüngülləşmə,

İştahsızlıq,

Çəki itkisi,

Həzm pozuntusu,

Yeməkdən sonra yaranan mədə ağrıları.

Bəzi insanlarda mədə yarası bu əlamətlərlə özünü göstərmir və buna görə də gecikmiş hallarda ciddi qanaxmalara və ya deşilmələrə səbəb ola bilər.

Mədə yarası necə müalicə olunur?

Bu xəstəliyin yaranmasında bir çox fərqli səbəblər rol oynadığı üçün müalicə də səbəblərə görə dəyişir. Ümumiyyətlə, dərman müalicəsi effektiv nəticə verir. Bakteriyaların səbəb olduğu hallarda antibiotiklər və mədə turşusunu tənzimləyən dərmanlardan istifadə olunur. Əgər bu dərmanlar kifayət etməzsə, turşu ifrazını stimullaşdıran sinirin kəsilməsi kimi cərrahi üsullar tətbiq oluna bilər. Qanaxma olduğu hallarda isə qastroskopiya zamanı endoskopik metodlarla qanaxmanın qarşısı alınır.

Mədə yarası olan şəxslər nələrə diqqət etməlidir?

Sağlam və müntəzəm qidalanma rejimi yaradılmalıdır,

Gündəlik duz istifadəsi azaldılmalıdır,

Siqaret və alkoqoldan uzaq durulmalıdır,

Çay və qəhvə istifadəsi məhdudlaşdırılmalıdır,

Həddindən artıq yağlı və ədviyyatlı yeməklərdən çəkinmək lazımdır,

Qızartma yeməklər əvəzinə qaynadılmış qidalar seçilməlidir.

Əminə Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Aprel 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see200

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see162

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see138

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see128

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see115

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri