Ağstafada 07 dirəyə çırpıldı Xəsarət alan var VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu gün səhər saatlarında yol kənarında dirəyə çırpılmış avtomobil aşkarlanıb və nəqliyyat vasitəsinin yanında sürücü olmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.az-a verilən məlumata görə, hadisə martın 21-də səhər saatlarında Ağstafa rayonunun Qırlı kəndi ərazisində qeydə alınıb. "Rayon sakini, 49 yaşlı Rafael İsmayılov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Bakı-Qazax-Gürcüstanla dövlət sərhədi avtomagistralının 457-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Qəza nəticəsində avtomobildə olan sərnişin, 49 yaşlı Ağstafa rayon sakini Rəşadət Mansırov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 21 Mart 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















