Icma.az
close
up
RU
Ağstafada QANUNSUZLUQ: Bələdiyyə ilə əlbir olub vətəndaşın torpağını ələ keçirdilər VİDEO

Ağstafada QANUNSUZLUQ: Bələdiyyə ilə əlbir olub vətəndaşın torpağını ələ keçirdilər VİDEO

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Ağstafa şəhəri, Heydər Əliyev prospekti, 53 ünvanında vətəndaş Elşən Musayevə məxsus torpaq sahəsinin müxtəlif qruplaşmalar tərəfindən qeyri-qanuni yollarla ələ keçirilərək özəlləşdirildiyini yazmışdıq. Yazıdan dərhal sonra Ağstafadan informasiyanın həm saytlardan, həm də sosial şəbəkələrdən silinməsi ilə bağlı müxtəlif xahişlər gəlməyə başladı. Əlbəttə ki, bu xahişlərin hamısı tərəfimizdən rədd edildi. Subyektiv mülahizələrdən qaçaraq baş verən hadisəni əlimdəki sənədlərin bir qismi ilə xronoloji ardıcllıqla təqdim etməyə çalışacağam.

Nə baş verir?

Elşən Musayev adlı Ağstafa doğumlu vətəndaş 19 fevral 2004-cü il tarxidə rayon Bələdiyyəsinə müraciət edərək alqı-satqı yolu ilə torpaq əldə edib. 19.09.2007-ci ildə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağa “Torpaq sahəsinin plan ölçüsü” təsdiqlənib və nəhayət 08 oktyabr 2008-ci ildə Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə tikintiyə icazə verilib. Lakin Elşən Musayev imkanı olmadığı üçün ərazidə tikinti işləri apara bilməyib.

Bundan istifadə edən E.Musayevin yaxınları və “makler qruplaşması” yolun üstündə diqqət cəlb edən torpağa dərhal göz qoyublar. Bu tamah da onların Bələdiyyə ilə sövdələşməsinə, E.Musayevin adına olan sənədi ləğv etdirmələrinə, yeni sənəd almağa və daha sonra dövlət strukturlarını aldatmaqla digər saxta sənədlər əldə etmələri ilə nəticələnib.

E.Musayev növbəti ilin torpaq vergisini ödəyən zaman xəbər tutub ki, torpaq üzərində mülkiyyət hüququ ləğv edilib. Hətta onun iştirakı olmadan belə məhkəmə qurulub, azərbaycansayağı qərarlar qəbul edilib.

Hadisədən xəbər tutandan dərhal sonra hərəkətə keçən E.Musayev hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edib.

Bir məsələni də xüsusi qeyd edək ki, bu torpaq sahəsi Elşən Musayevin ata yurduna daxildir. İcra Hakimiyyəti və bələdiyyə hələ o zaman Elşən Musayevə bildirib ki, ata yurdu olsa da, bələdiyyədən satın almalıdır. Hətta torpağın üzərində sənədli, yəni çıxarışı olan köşk olub. Torpağı sonradan müxtəlif yollarla əldə edən şəxslər köşkü də icazəsiz söküb-talayıblar. Hazırda bu işlə bağlı Ağstafa rayon Məhkəməsində iddia icraatdadır.


“Makler qruplaşması” məhkəmənin qərarını tanımır

Ağstafa rayon Məhkəməsində hakim Heyran Mürsəlovanın sədrliyi ilə 03.02.2025-ci il tarixdə keçirilən prosesdə Ağstafa şəhər Bələdiyyəsi ilə Musayeva Məlahət Məmməd qızı arasında Ağstafa rayon Notariat Ofisində bağlanılmış 01.09.2023-cü il tarixli, AN-I 1183288 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilib. Eyni qərarla ləğv olunmuş sənəd əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Musayeva Məlahət Məmməd qızının adına olan 13.10.2023-cü il tarixli 2623019980 qeydiyyat nömrəli çıxarış da ləğv edilib.

Lakin “makler qruplaşması” dayanmayıb və tez-bazar tikinti işlərinə başlayıb. Paralel olaraq apelyasiya şikayəti verərək bu dəfə məhkəmə qərarını öz xeyirlərinə dəyişblər.

Hətta bir az da irəli gedərək, 2024-cü il mayın 15-dən 16-na keçən gecə yolun üzərində illərdir ətrafa gözəllik verən şam ağaclarını kökündən çıxarıb atıblar. Vətəndaşlar bu barədə DİN-in “102 Xidmətinə” məlumat da veriblər. Sonradan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən şikayətçilərə belə bir məktub daxil olub ki, guya həmin gecə külək olub və ağacları kökündən çıxarıb atıb. Amma biz elə bu nazirliyin Milli Hidrometeorologiya Departamentinin məlum tarixdəki hava proqnozlarına göz atdıqda Ağstafada heç bir küləkli hadisənin qeydə alınmadığının şahidi oluruq.


Gülməlidir, elə deyilmi?

Tərəflər arasında qarşılıqlı məhkəmə çəkişməsinin getdiyi ərəfədə Ağstafa rayon Məhkəməsi 18.07.2025-ci il tarixli yeni bir qərar elan edib. Hakim Heyran Mürsəlovanın sədrliyi ilə keçirilən prosesdə iddiaçı Elşən Musayevin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Ərizəsini təmin edib. Məhkəmə Ağstafa rayonu, Heydər Əliyev prospekti 53 saylı ünvanla E.Qələmçəli küçəsiŞ 2 saylı ünvanın kəsişməsində olan mübahisəli torpaq sahəsində tikinti, bərpa və ya dəyişikliklərin edilməsini Məlahət Musayevaya və digər şəxslərə qadağan edib.

Qərardadın dərhal icra edilməsi Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunub.

Ağstafa kimin əlində - Dövlətin, yoxsa işbazların?

Qanunla, yəni normal cəmiyyətlərdə bu qərardan sonra bütün işlər dayanmalı, növbəti məhkəmə qərarınadək ərazidə hərəkətlilik olmamalı idi. Amma işbazlar məhkəmənin bu qərarına hazırda meydan oxuyur, sanki “Ağstafada dövlət bizik” deyərək tikinti işlərini davam etdirilər. Elşən Musayevin vəkili Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsi əməkdaşları ilə birgə əraziyə gəlib və iş icraçılarından işin dayandırılması tələb olunub.

Amma, ancaq və lakin... Tələbə məhəl qoyan yoxdur.

Vəkil eyni vaxtda sosial şəbəkə hesabında açıqlama yayıb və Daxili İşlər Nazirliyini işarələyərək bir növ pozulan hüquqlarına bərpasına yardım etmələrini xahiş edib. Bundan sonra DİN-in “102 Xidməti”nə zəng olunub və məlumat verilib. Amma heç bir faydası olmayıb, əraziyə nə polis gəlib, nə də tiknti dayanıb.

Əldə etdiyimiz məlumata görə, ərazidə tikintinin dayandırılması ilə bağlı məhkəmənin 18.07.2025-ci il tarixli qərarından sonra işlər gecə-gündüz qrafikinə keçib. Ağstafadakı dövlət qurumları, probasiya şöbəsi, hüquq-mühafizə orqanları sanki gözlərini yumaraq “makler qruplaşması”na işi sürətlə bitirin təlimatını verir.

Əziz dövlət və onun Ağstafadakı qurumları!

Sanmayın ki, insanlar bütün bu “göz yummalar”ın, tapdalanan hüquqlara etinasızlığın arxasında hansı kirli oyunların baş verdiyindən xəbərdar deyillər. Amma unutmayın, dövlətin “Ağstafa qolu”nun sükanı arxasında əyləşən sizlər bu düzəni kərpic-kərpic qoparır, hakimiyyətə, onun Prezidentinə etmidasızlıq mühiti formalaşdırırsınız.

Yəqin ki, bu ölkədə, onun dövlət qurumlarında bir vicdanlı məmur, məhkəmə sistemində bir ədalətli hakim tapılıb, sizə DUR deyəcək.

Biz isə araşdırmalarımız davam etdirəcək, baş verən bu iyrənclikləri cəmiyyətə çatdıracağıq.

Mənbə: xezernews.az



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 İyul 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri