Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağsu, 19 may, Rəşad Türkoğlu, AZƏRTAC
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən 147-ci kilometrliyində torpaq sürüşməsi yenidən aktivləşib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, intensiv yağıntılar nəticəsində yolun çiyin hissəsində və bir neçə gün əvvəl kipləşdirilən torpaq qatında çökmə qeydə alınıb.
Xatırladaq ki, bir neçə gün əvvəl sözügedən ərazidə torpaq sürüşməsi baş vermiş, nəticədə yolun bir zolağı tamamilə bağlanmış, asfalt qatı çökmüş, çiyin hissələrdə isə dərin yarğanlar əmələ gəlmişdi. Bundan sonra əraziyə texnikalar cəlb olunaraq material daşınmış, çökən hissələr doldurulmuşdu. Lakin son günlərdə sürüşmə yenidən aktivləşib.
Bu mövzuda digər xəbərlər:Ağsu aşırımında torpaq sürüşməsi olub
17 Aprel 2025 10:20
Gürcüstanın İmereti bölgəsində torpaq sürüşməsi yenidən aktivləşib
25 Avqust 2025 17:19
Ağsu aşırımında çətinliklər yarandı FOTO
20 May 2025 14:44
Ağsu aşırımında yollar qardan təmizlənir
27 Fevral 2025 11:53
Şamaxıda torpaq sürüşməsi aktivləşib AZƏRTAC
14 Yanvar 2025 18:53
Baxış sayı:128
Bu xəbər 19 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















