Icma.az
close
up
RU
Ağsuda ustad sənətkar Kalvalı Əli Dədənin 150 illik yubileyi qeyd olunub AZƏRTAC

Ağsuda ustad sənətkar Kalvalı Əli Dədənin 150 illik yubileyi qeyd olunub AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 dekabr, AZƏRTAC

Ağsu Rayon İcra Hakimiyyətinin, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının təşkilatçılığı, “Müəllif hüquqları uğrunda” İctimai Birliyinin dəstəyi ilə Azərbaycan xalq yaradıcılığının görkəmli nümayəndəsi, ustad zurna-balaban ifaçısı Əli Kərimovun 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Ağsu rayon Mədəniyyət Evində təşkil olunan tədbirdə muzeyin Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı ustad sənətkar Əli Zülfüqar oğlu Kərimovun - Kalvalı Əli Dədənin yaradıcılığı barədə ətraflı məlumat verib. O, Əli Kərimovun zurna, balaban, tütək kimi nəfəs alətlərinin mahir ifaçısı, 70-dən çox rəqs havalarının müəllifi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkənin ən mötəbər tədbirlərinin, səhnələrinin bəzəyi olan sənətkar el şənliklərinin, toy mağarlarının ən arzulanan qonağı sayılıb, onun keçirdiyi yığıncaqların söz-söhbəti aylarla dillərdə dolaşıb və ustadın sənəti ulu Şirvanı qədim Türk dünyası ilə birləşdirən ahəng körpüsü adlandırılıb.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə bütün sahələrdə olduğu kimi, ədəbiyyata və mədəniyyətə, milli-mənəvi dəyərlərə dövlətimiz tərəfindən yüksək qiymət verildiyini vurğulayıb. O, Əli Kərimovu dövrünün, zəmanəsinin ritmi ilə yaşayan, yaratdığı bəstələrlə xalqın könlünü fəth edən, həm dövlət, həm də xalq tərəfindən sevilən, qiymətləndirilən sənətkar kimi xarakterizə edib. Bildirib ki, el sənətinin, milli musiqilərimizin vurğunu olan hər kəs, xüsusilə orta və yaşlı nəsil Kalvalı Əli Dədəni gözəl tanıyır.

Rövşən Bağırov əlavə edib ki, yeniləşən dünyamızda yeni nəsil yetişir və gənc nəslin milli-mental dəyərlərimizə, milli-mənəvi sərvətimizə hörmət və ehtiram hissi ilə böyüməsi üçün belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var.

Musiqi tədqiqatçısı, Azərbaycan Milli Konservatoriyasının müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli bildirib ki, Əli Kərimov XIX əsrin sonu XX əsrin I yarısı peşəkar xalq yaradıcılığının görkəmli nümayəndələri Qurban Pirimov, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Keçəçi oğlu Məhəmməd, Mirzə Məhəmmədhəsən, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Ələsgər, Mirzə Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Dədə Şəmşir, Üzeyir Hacıbəyli, Ə.Bakıxanov, Bülbül kimi görkəmli sənətkarların yaxın dostu və çağdaşı olub.

Rauf Bəhmənlinin sözlərinə görə, ustad sənətkar Əli Kərimov haqqında ilk tədqiqat əsərini musiqi araşdırmaçıları Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə Moskvada rus dilində monoqrafiya şəklində çap etdiriblər. "Əli Kərimov" adlı əsər sənətkar haqqında hərtərəfli materiallarla zəngindir.

Əli dədənin 40-dan çox mahnı və rəqslərini araşdırıb nota köçürdüyünü söyləyən Rauf Bəhmənli qeyd edib ki, ustad sənətkar "Çoban Yaylağı" və "Əli icadı", “Hicazi”, “Kəklik” peşrovlarının, rəqslərin (“Heyvagülü”, “Alma gülü”, “Alça gülü”, “Bənövşə”, “Əfruzə”, “Kalvalı”, “Çəmənlik”, “Mehribanı”, “Dağ çiçəyi”, “Xırdaca”, “Turşəngi” və s.) müəllifidir. Onun “Azərbaycan dağları” melodiyası bəstəkar Rauf Hacıyev tərəfindən xorla solo üçün işlənib. Əli Kərimov 7 hissəli “Çaharzən dəstgah"nı çalıb. O, zurna-balaban, tütək kimi nəfəs alətlərindən başqa saz, tar, kamança, nağara, qoşa nağara da çalıb.

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli isə çıxışında Əli Kərimovun ilk dəfə zil tembrli zurnanı peşəkar kamera alətinə çevirməsindən bəhs edib, ustad sənətkarın “Şur”, “Humayun”, “Cahargah”, “Mahur”, “Bayatı Şiraz”, “Rahab”, “Zabul”, Rakki-Hindi” və s. kimi muğamları məharətlə ifa etdiyini vurğulayıb.

Tədbirdə “Müəllif hüquqları uğrunda” İctimai Birliyinin sədr müavini Zamiq Yunusov, Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu çıxış edərək Azərbaycanın böyük musiqi biliciləri - Ü.Hacıbəyli, C.Qaryağdıoğlu, Bülbül, İ.Abdullayev və başqalarının Əli Kərimovun sənətinə yüksək qiymət verdiklərini bildirib, balaban sənətindəki çalğılarına bərabəri olmayan ustadın “Koroğlu” havasının “Aşıq Koroğlu”, “Yumma Koroğlu”, “Yekbə Koroğlu”, “Cığatay Koroğlu” havalarının ustalıqla ifa etməsindən danışıblar. Eyni zamanda, natiqlər Əli Kərimovun müharibədən sonra bütün dövlət tədbirlərində yaxından iştirak etdiyini, “Rəşadətli əməyə görə” medalı, “Şərəf nişanı” ordeni və bir sıra müxtəlif təltif və mükafatlara layiq görüldüyünü qeyd ediblər.

Daha sonra “Müəllif hüquqları uğrunda” İctimai Birliyinin sifarişi ilə çəkilmiş “Kalvalı Əli Dədə” filmi nümayiş etdirilib. Türkiyədə çap olunmuş “Kalvalı Ali Dede-150” kitabı, eləcə də yubilyarın “Qızıl Fond”da qorunan havalarından ibarət diski tədbir iştirakçılarına təqdim edilib.

Məclisin sonunda Əli Kərimovun nəvəsi Xuraman İmaməliyeva babası ilə bağlı xatirələrini bölüşüb. Nəticəsi Gündüz Əliyev isə tədbirin təşkilatçılarına və iştirakçılarına ustad sənətkara verdikləri dəyərə görə təşəkkürünü bildirib.

Yubiley tədbirinin musiqili qonaqlarından Şirvan Aşıqlar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, Əməkdar artist Şirzad Fətəliyev, Əməkdar mədəniyyət işçiləri Rasim Ələsgərov və Rəhman Rasimoğlu, xanəndə Daşqın Kürçaylı, tanınmış balaban ustaları Qənimət Qədirov, Abuzər Güləliyev, Rəfayıl Kazımov, Süleyman Əliyev, Aşıq Amil Dadaşov, gənc balaban ifaçıları Orxan Qədirli, Fəqan Ələsgərov ustad sənətkarın repertuarından xalq arasında sevilən havaları ifa ediblər.

Tədbir ustad sənətkarın məşhur “Koroğlu nağarası” havacatının lent yazısı sədaları ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri