Icma.az
close
up
RU
Kalvalı Əli Dədənin 150 illiyi münasibətilə konsert proqramı

Kalvalı Əli Dədənin 150 illiyi münasibətilə konsert proqramı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Beynəlxalq Muğam Mərkəzində I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu çərçivəsində Kalvalı Əli Dədənin 150 illiyi münasibətilə konsert proqramı təşkil olunub.

Tədbirdə çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə bu cür konsertlərin təşkilinin əhəmiyyətindən danışıb. O, çağdaş Azərbaycan zurna-balaban məktəbinin inkişafında mühüm xidmətləri olan Kalvalı Əli Dədənin yaradıcılığına nəzər salaraq, ustad sənətkara həsr olunan mərasimin Azərbaycan musiqi irsinə verilən dəyərin bariz nümunəsi olduğunu bildirib.

Sahib Paşazadə Türk xalqlarının ortaq mədəniyyətinə töhfə olan qədim nəfəs alətlərindən birinin balaban olduğunu söyləyib. Qeyd edib ki, balaban Azərbaycan musiqisində 7 əsas muğamdan biri sayılan “Segah” pərdəsi üzərində qurulduğu üçün onun mahir ifaçıları da, sözsüz ki, ruhları muğamla yoğurulmuş Azərbaycan türkləri sayılırlar. 

“Zurna, balaban, tar, kamança kimi alətlərin başqa xalqlarla müqayisədə ifadə imkanları baxımından türk xalqlarında özünəməxsus cəhətləri vardır”, – deyən  Sahib Paşazadə ölkəmizdə maddi və qeyri-maddi irsin, Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində, UNESCO-nun müvafiq siyahılarında yer almasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.

O, çıxışının sonunda bildirib ki, Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu türk dünyasının ədəbi-nəzəri, mənəvi-estetik dünyasının bütün bəşəriyyət üçün böyük mənəvi qida olduğunu bir daha təsdiq edəcək.

Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə çıxışında vurğulayıb ki, Türk dünyasının ənənəvi musiqisi və milli kimlik məsələləri bir-biri ilə sıx bağlıdır. 

Onun sözlərinə görə, Türk dünyasının musiqi irsi həddindən artıq zəngindir. Türk xalqlarının tarixi salnaməsində qəhrəmanlıq ruhu, zəngin yaradıcılıq ənənəsi var. Bu tədbirlər sayəsində biz həm də türk dünyasının geniş və zəngin musiqi mədəniyyətini daha dərindən öyrənmiş oluruq.

AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev isə çıxışında Türk dünyasının musiqi irsindəki ortaq dəyərlərin elmi müstəvidə araşdırılmasının vacibliyinə toxunub. Bildirib ki, tədbir həm də Kalvalı Əli Dədənin yaratdığı musiqi məktəbini xatırlamaq və sənət irsini dəyərləndirmək üçün fürsətdir.

Daha sonra konsert proqramı təqdim olunub.

Proqramda türk xalqlarının nümayəndələri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

Qabil YUSİFOĞLU

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri