Icma.az
close
up
RU
Balaban ustası Kalvalı Əli Kərimovun 150 illik yubileyi keçirildi

Balaban ustası Kalvalı Əli Kərimovun 150 illik yubileyi keçirildi

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

- +

14 dekabr 2024-ci il tarixində Ağsu rayon Mədəniyyət sarayında Ağsu rayon İcra Hakimiyyətinin, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı, “Müəllif hüquqları uğrunda” İctimai Birliyinin dəstəyi ilə görkəmli zurna-balaban ustadı Əli Kərimovun 150 illik yubileyi münasibətilə tədbir keçirildi.

İnterval.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan xalq yaradıcılığının görkəmli nümayəndəsi, zurna, balaban, tütək kimi nəfəs alətlərinin mahir ifaçısı, 70-dən çox rəqs havalarının müəllifi, görkəmli el sənətkarlarından ibarət ifaçılar nəslinin ustadı Əli Zülfüqar oğlu Kərimovun – Kalvalı Əli dədənin həyat və yaradıcılığından danışaraq, onun ölkənin ən mötəbər tədbirlərinin, səhnələrinin bəzəyi olan sənətkar, el şənliklərinin, toy mağarlarının ən əziz, ən arzulanan qonağı sayılmasını, keçirdiyi yığıncaqların söz-söhbətinin aylarla dillərdə dolaşmasını vurğuladı və ustadın sənətini ulu Şirvanı qədim Türk dünyası ilə birləşdirən ahəng körpüsü adlandırdı.

Tədbirdə çıxış edən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbirə təşrif gətirmiş qonaqları salamlayaraq dövlətimizin milli sərvətlərimizə, mədəniyyətimizə yüksək dəyər verməsindən, Əli Kərimov dövrünün, zəmanəsinin ritmi ilə yaşayan, yaratdığı bəstələrlə xalqın könlünü fəth edən, həm dövlət, həm də xalq tərəfindən sevilən, qiymətləndirilən sənətkar olmasından bəhs etdi. O, eyni zamanda qeyd etdi ki, el sənətinin, milli musiqilərimizin vurğunu olan hər kəs, xüsusilə orta və yaşlı nəsil Kalvalı Əli Dədəni gözəl tanıyır. Lakin yeniləşən dünyamızda yeni nəsil yetişir və məqsədimiz, arzumuz gənc nəslin milli-mental dəyərlərimizə, milli-mənəvi sərvətimizə hörmət və ehtiram hissi ilə böyüməsi üçün belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var.

Musiqi tədqiqatçısı, Azərbaycan Milli Konservatoriyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli çıxış edərək bildirdi ki, Ə.Kərimov XIX əsrin sonu – XX əsrin I yarısı peşəkar xalq yaradıcılığının görkəmli nümayəndələri Q.Pirimov, C.Qaryağdıoğlu, S.Şuşinski, Keçəçi oğlu Məhəmməd, Mirzə Məhəmmədhəsən, Aşıq Hüseyn Bozalqanlı, Ələsgər, Mirzə Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Dədə Şəmşir, Ü.Hacıbəyov, Ə.Bakıxanov, Bülbül kimi görkəmli sənətkarların yaxın dostu və çağdaşı olub. Əli Kərimov haqqında ilk tədqiqat əsərini musiqi araşdırmaçıları Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə Moskvada “Əli Kərimov” adlı rus dilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə.Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir. Əli dədə “Çoban Yaylağı” və “Əli icadı”, “Hicazi”, “Kəklik” peşrovlarının, rəqslərin (“Heyvagülü”, “Alma gülü”, “Alça gülü”, “Bənövşə”, “Əfruzə”, “Kalvalı”, “Çəmənlik”, “Mehribanı”, “Dağ çiçəyi”, “Xırdaca”, “Turşəngi” və s.) müəllifidir. Onun “Azərbaycan dağları” melodiyası bəstəkar Rauf Hacıyev tərəfindən xorla solo üçün işlənib. O, 7 hissəli “Çaharzən dəstgah”nı çalmışdır. O, zurna-balaban, tütək kimi nəfəs alətlərindən başqa saz, tar, kamança, nağara, qoşa nağara da çalıb. Tədqiqatçı alim çıxışında Əli dədənin 40-dan çox mahnı və rəqslərini araşdırıb nota köçürdüyünü də vurğuladı.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxışında Əli Kərimovun zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarmasından, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirməsindən, ilk dəfə olaraq onun zil tembrli zurnanı peşəkar kamera alətinə çevirməsindən bəhs edərək, ustad sənətkarın “Şur”, “Humayun”, “Cahargah”, “Mahur”, “Bayatı Şiraz”, “Rahab”, “Zabul”, Rakki-Hindi” və s. muğamları məharətlə ifa etməsini, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olmasını vurğuladı.

Tədbirdə “Müəllif hüquqları uğrunda” İctimai Birliyinin sədr müavini Zamiq Yunisov, AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə Fəlsəfə doktoru Elçin Qaliboğlu çıxışlarında Azərbaycanın böyük musiqi biliciləri – Ü.Hacıbəyov, C.Qaryağdıoğlu, Bülbül, İ.Abdullayev və başqalarının tərəfindən Əli Kərimovun sənətinə yüksək qiymət verilməsindən, balaban sənətindəki çalğılarına bərabəri olmayan ustadın “Koroğlu” havasının “Aşıq Koroğlu”, “Yumma Koroğlu”, “Yekbə Koroğlu”, “Cığatay Koroğlu” havalarının ustalıqla ifa etməsindən bəhs etmişlər. Eyni zamanda, natiqlər Əli Kərimovun müharibədən sonra bütün dövlət tədbirlərində yaxından iştirak etməsini, çıxışlarının müxtəlif təltif və mükafatlara layiq görülməsini, 1953-cü ildə Respublika olimpiadasında yaxından iştirak edərək I dərəcəli diploma layiq görülməsini, xalq sənətinin inkişafındakı xidmətlərinə görə Dövlət tərəfindən “Rəşadətli əməyə görə” medalı, “Şərəf nişanı” ordeni və çox sayda Fəxri Fərmanlarla təltif olunmasını vurğuladılar.

Tədbirdə “Müəllif hüquqları uğrunda” İctimai Birliyinin sifarişi ilə çəkilmiş “Kalvalı Əli dədə” filmi nümayiş etdirildi. Eyni zamanda, Türkiyədə çap olunmuş professor İlqar Cemiloğlu, Ali İmamverdinin “Kalvalı Ali Dede-150” kitabı, və Əli Dədənin “qızıl Fond”da qorunan havalarından ibarət disk tədbir iştirakçılarına təqdim edildi.

Məclisin sonunda Əli Kərimovun nəvəsi Xuraman İmaməliyeva babası haqqında xatirələrini tamaşaçılarla bölüşdü. Nəticəsi Gündüz Əliyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına, qonaqlara ustad sənətkara verdikləri dəyərə görə təşəkkürünü bildirdi.

Yubiley məclisinin bədii hissəsində məclisin musiqili qonaqlarından Şirvan Aşıqlar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlı, Respublikanın Əməkdar artisti Şirzad Fətəliyev, Əməkdar mədəniyyət işçiləri Rasim Ələsgərov, Rəhman Rasimoğlu, VIII muğam müsabiqəsinin laureatı, “Muğam aləmi” beynəlxalq muğam müsabiqəsinin laureatı xanəndə Daşqın Kürçaylı, tanınmış balaban ustaları Qənimət Qədirov, Abuzər Güləliyev, Rəfayıl Kazımov, Süleyman Əliyev, Aşıq Amil Dadaşov, gənc balaban ifaçıları Orxan Qədirli, Fəqan Ələsgərov ustad sənətkarın repertuarından xalq arasında sevilən havaları ifa etdilər.

Tədbir ustad sənətkarın məşhur “Koroğlu nağarası” havacatının lent yazısı sədaları ilə gurultulu alqışlarla başa çatdı.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Dekabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri