Icma.az
close
up
RU
AHİK in inkişafında yeni mərhələnin başlanğıcı

AHİK in inkişafında yeni mərhələnin başlanğıcı

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Dəyişən zaman və yaranan yeni reallıqlar fonunda hər bir dövlət və onun müvafiq qurumları, eləcə də qeyri-dövlət strukturları öz işini müasir çağırışlara uyğun qurmağı hədəfləyir, öz fəaliyyətini yeni çağırışlara uyğun təkmilləşdirir. Elə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da fəaliyyətində bu prinsipləri əsas tutaraq yeni dövrə yeni hədəflərlə addımlayır. AHİK-in bu günlərdə keçirilən VII qurultayı da məhz buna xidmət edirdi. AHİK-in VII qurultayını müstəqillik tariximizin ən genişmiqyaslı ali toplantısı kimi xarakterizə etməklə yanaşı, bu qurultayı ölkənin əmək münasibətləri sistemində və vətəndaş cəmiyyətinin inkişafında mühüm hadisə kimi də qiymətləndirmək olar. İlk növbədə onu qeyd etmək yerinə düşər ki, əvvəlki qurultaylardan fərqli olaraq bu dəfəki qurultay formal xarakter daşımırdı, qurultay naminə qurultay keçirmək prinsipindən uzaq idi. Hər halda həm qurultay iştirakçılarının kifayət qədər çoxluğu, həm ali toplantıda yüksək səviyyəli rəsmilərin, eyni zamanda xarici qonaqların iştirakı, həm də ötən qurultaydan keçən dövr ərzində görülən işlərin statistikası və əvvəlki illərlə müqayisəli təhlili belə bir mənzərəni ortaya qoyurdu.
Formallıqdan real işə doğru
Açığı deyək ki, uzun illər ərzində həmkarlar ittifaqları daha çox klassik sosial müdafiə mexanizmləri ilə assosiasiya olunurdu. Lakin müasir dövrdə əmək münasibətlərinin çevikləşməsi, özəl sektorun payının artması və gənc nəslin fərqli gözləntiləri bu institutların fəaliyyətində yeni tələblər qoyurdu. AHİK-in qurultayında səsləndirilən mövqelər göstərdi ki, təşkilat bu reallıqları nəzərə alaraq yenilənmə xəttini prioritet elan edir və bundan sonrakı fəaliyyətini məhz yeni çağırışlar və tələblərə uyğun quracaq.
Bu yenilənmənin əsas istiqamətlərindən biri idarəetmə funksiyasının dəyişdirilməsi, daha təkmil, mədəni idarəçilik formasının ortaya qoyulmasıdır. Eyni zamanda şəffaflıq və hesabatlılıq anlayışlarının ön plana çəkilməsi AHİK-in cəmiyyət qarşısında daha açıq və etibarlı institut kimi mövqeyini möhkəmləndirmək niyyətindən xəbər verir.

Müşahidələrimiz, eləcə də açıqlanan rəsmi statsitik göstəricilər bir daha təsdiq edir ki, AHİK-də idarəetmədə şəffaflığın artırılmasının strateji hədəf kimi müəyyənləşdirilib. Xüsusilə, son iki ildə AHİK-də şəffaflıq prinsipləri ən üst səviyyədə belə qorunur, tətbiq edilir və üzv təşkilatlara da bu prinsip təbliğ olunur. Maliyyə və təşkilati fəaliyyətin açıq mexanizmlərlə həyata keçirilməsi, qərar qəbuletmə prosesində kollegiallığın gücləndirilməsi və üzvlərin məlumatlandırılması məsələləri xüsusi yer tutur. Bu yanaşma həm ictimai etimadın möhkəmləndirilməsi, həm də həmkarlar ittifaqlarının cəmiyyət qarşısında nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şəffaflıq eyni zamanda daxili nəzarət mexanizmlərinin gücləndirilməsinə və institusional davamlılığa xidmət edir. AHİK-in fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması üçün həyata keçirilən islahatlar çərçivəsində mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) yaradılıb. Bütün bunlar AHİK-in imicinin dəyişməsi üçün açar rol oynayır. Çünki şəffaflıq yalnız daxili idarəetməni deyil, həm də ictimai etimadı formalaşdıran əsas amillərdən biridir.
Qeyd etdiyimiz kimi qurultay təkcə hesabat xarakteri daşımırdı, eyni zamanda həmkarlar ittifaqlarının gələcək inkişaf strategiyasını, prioritetlərini və idarəetmədə yeni yanaşmalarını müəyyən edən vacib platforma rolunu oynayırdı. İstər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qurultay iştirakçılarına müraciətində, istərsə də AHİK sədri Sahib Məmmədovun geniş və əhatəli, konfederasiyanın son illərdəki fəaliyyətini videolent kimi gözlər önünə gətirən çıxışında qeyd edildiyi kimi qloballaşma, əmək bazarının dəyişən strukturu, rəqəmsallaşma və qeyri-ənənəvi məşğulluq formalarının artması həmkarlar ittifaqları qarşısında yeni çağırışlar yaradır. Bu reallıqlar fonunda AHİK-in qurultayı təşkilatın klassik funksiyalardan kənara çıxaraq daha çevik, şəffaf və innovativ idarəetmə modelinə keçid niyyətini ortaya qoyur.
Uğurlu struktur islahatları və idarəetmədə keyfiyyət dəyişiklikləri
Qurultayda səsləndirilən əsas fikirlərdən biri həmkarlar ittifaqlarının üzvlərə real fayda yaradan, onların sosial-iqtisadi hüquqlarını effektiv şəkildə müdafiə edən institut kimi fəaliyyətini gücləndirmək idi. Bu isə yalnız uğurlu struktur islahatları və idarəetmədə keyfiyyət dəyişiklikləri hesabına mümkündür. Mübaliğəsiz demək olar ki, AHİK son iki ilə yaxın fəaliyyəti dövründə yuxarıda qeyd edilən prinsipləri fəaliyyətində tətbiq edərək onları həyata keçirib. Belə ki, 2024-cü ildə AHİK-də kadr potensialının artırılması istiqamətində bir sıra tədbirlər görülüb, müxtəlif sferalardan peşəkar mütəxəssislər AHİK-in fəaliyyətinə cəlb olunub. AHİK İcraiyyə Komitəsinin 25.10.2024-cü il tarixli qərarı ilə konfederasiyanın müasir tələblərə və gələcək hədəflərə uyğun strukturu təsdiq edilib. Həmçinin, AHİK-in tabe qurumu olan “Kurort” QSC-də struktur təkmilləşmələri aparılıb, aparat və 9 sanatoriya üzrə 582 nəfərlə yeni əmək müqaviləsinin bağlanması koordinasiya edilərək həyata keçirilib. Bütün üzv təşkilatların əməkdaşlarının vahid formada siyahıları hazırlanaraq baza formalaşdırılıb. Məzuniyyət və ezamiyyət qaydaları, şöbələrin əsasnamələri və namizədlərin qiymətləndirilməsi forması hazırlanıb. AHİK-in tabe qurumu olan Turizm və Ekskursiyalar Şurasında yollayışların təmin edilməsi məqsədilə Çağrı Mərkəzinə ixtisaslı kadrlar işə qəbul edilib.

AHİK-in VII qurultayı rəqəmsal həllərin tətbiqinin də konfederasiyanın fəaliyyətində prioritet olduğunu ortaya qoydu. Bu birmıənalıdır ki, elektron üzvlük sistemləri, onlayn müraciət və hesabat platformaları, eləcə də məlumatların idarə olunmasında müasir texnologiyalardan istifadə həm operativliyi artırır, həm də üzvlərlə əlaqələrin daha effektiv qurulmasına imkan yaradır. Bu addımlar AHİK-in yalnız mövcud problemləri həll etməyə deyil, eyni zamanda gələcəkdə yarana biləcək çağırışlara proaktiv yanaşma sərgiləməsinə şərait yaradır.
Son illərdə AHİK-in fəaliyyətində müşahidə edilən müsbt tendensiyalardan biri də gənclərin və qadınların həmkarlar ittifaqları hərəkatında rolunun artırılmasına xüsusi önəm verilməsidir. Bu, təşkilatın sosial bazasının genişlənməsi ilə yanaşı, yeni ideyaların, müasir düşüncə tərzinin və dinamik idarəetmə yanaşmalarının sistemə daxil olmasına xidmət edir. Bu məqam qurultayda da xüsusi olaraq qeyd edildi. Bildirilidi ki, gənclərin həmkarlar ittifaqları hərəkatında aktivliyinin artırılması məqsədilə 2024-cü il ərzində Gənclər Şurasının iclasları çərçivəsində müxtəlif mövzularda təlimlər və kurslar təşkil edilib. Cari ilin 1 avqust tarixində "İlin Peşəkar Gənci” müsabiqəsi keçirilib. Nəticədə 75 gənc üzvə mükafat təqdim olunub. Bundan başqa AHİK könüllülərinin strateji fəaliyyət planı hazırlanıb.
Gender balansının qorunması və qadınların qərar qəbuluetmə prosesində daha fəal iştirakının təmin olunması nəticəsində seçkili orqanlarda qadınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% artaraq 56,2%-ə çatıb. AHİK və ona üzv təşkilatlar tərəfindən keçirilən bütün tədbirlərdə gender bərabərliyi ilə bağlı müddəaları nəzərdə tutan BMT və BƏT-in əsas konvensiyaları, Dayanıqlı İnkişaf Məqsədlərinin gender amilləri, gender komissiyalarının fəaliyyətinin təşkili və təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində olub, bu sahədə maarifləndirmə işləri aparılıb. Sahə həmkarlar ittifaqı orqanları və onların üzv təşkilatlarının birgə səyi nəticəsində 2024-cü il üzrə gender və qadın problemlərinə həsr olunmuş 410 seminar, dəyirmi masa və digər tədbirlər keçirilmiş və həmin tədbirlərdə həmkarlar ittifaqlarının 10 178 nəfər qadın üzvü iştirak edib. Bundan əlavə, Belçika, İsveçrə, Türkiyə, İtaliya, Belarus, Özbəkistan, İsveç, Tayland, ABŞ, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Tacikistan, Mərakeş, Almaniya və s. kimi xarici ölkələrdə gender problemlərinə həsr olunmuş bir sıra tədbirlərdə həmkarlar ittifaqlarının 18 qadın üzvü iştirak edib.
İşçilərin təhlükəsizliyi başlıca prioritetdir
AHİK-in əsas fəaliyyət istiqamətlərindən biri də konfederasiyaya üzv olan qurumlarda çalışan işçilərin təhıükısizliyinin təmin edilməsidir. Qeyd edilən istiqamətdə də son iki illik fəaliyyət müddətində əsaslı dərəcədə müsbət irəliləyiş müşahidə edilib.

2024-cü ildə əməyin mühafizəsi, istehsalat zədələnmələrinə dair ilk təşkilatlar tərəfindən 507, üzv sahə təşkilatları tərəfindən 97 məsələ müzakirə olunub. Sahə həmkarlar ittifaqları orqanlarının texniki əmək müfəttişləri tərəfindən aparılmış 436 monitorinq zamanı müəssisə və təşkilatların rəhbərlərinə 243 tövsiyə verilib. Əməyin mühafizəsi üzrə 1 454 pozuntu aşkar edilib ki, onlardan 1 233 və ya 85% pozuntu müəssisə və təşkilatlar tərəfindən aradan qaldırılıb. Texniki əmək müfəttişləri istismara verilmiş 7 obyektin təhvil komissiyasının işində iştirak edib, 109 obyektin rəhbərlərinə əməyin mühafizəsi və normalarının yerinə yetirilməsi üçün təkliflər verib. İş yerlərində sanitar norma və qaydaların tələblərinə uyğun 417 sanitar-məişət otaqları quraşdırılıb. Ümumilikdə, əmək və sosial-iqtisadi hüquqların müdafiəsi ilə bağlı 2018-2024-cü illər ərzində ümumilikdə 45,9 min müraciətə baxılıb, onlardan 88,9 faizi müsbət həll edilib, 1000-dən artıq üzv işə bərpa olunub. Texnoloji avadanlıqların və əmək şəraitinin normativ hüquqi aktların tələblərinə uyğunluğuna dair 2705 müəssisədə monitorinqlər aparılıb. Nəticədə 7516 iş yeri sanitariya-gigiyena normalarına uyğunlaşdırılıb. Müdaxilələrimiz nəticəsində əlverişsiz əmək şəraitinə görə 28 min 280 halda işçilərə güzəşt tətbiq olunub, 169 min 435 nəfər norma tələblərinə uyğun fərdi mühafizə vasitələri ilə təmin edilib. Azərbaycanda əməyin mühafizəsinə dair 88 milli standart qəbul olunub.
AHİK-in əsas fəaliyyət istiqamətlərindən biri də sosial dəstəkdir ki, konfederasiya bu istiqamətdə də son illər əsaslı irəliləyişlərə imza atıb. Hər halda qurultayda edilən çıxışlar və səsləndirilən statistic məlumatlardan bu qənaətə gəlmək olur. Belə ki, AHİK həyata keçirdiyi sosial aksiyalar çərçivəsində 2024-cü ildə və bu ilin 11 ayı ərzində 300 minə yaxın həmkarlar ittifaqı üzvünə dəstək göstərib. Hazırda 209 şəhid ailəsinin 378 üzvü Konfederasiya və üzv təşkilatların himayəsindədir. Bu il ərzində 38 mindən artıq yollayış verilərək 76 mindən çox vətəndaşın güzəştli şərtlərlə istirahət və müalicəsi təşkil edilib. Məhz sadalanan amillərdir ki, ölkədə həmkarlar hərəkatına artıq ildən-ilə artır. Bu gün konfederasiyanın 1milyondan artıq üzvü var ki, onların da 52 faizini qadınlar təşkil edir. Bu da AHİK-də qadınların bacarıqlarının qiymətləndirilməsi, onların idarəetmə prosesində önə çəkilməsinin prioritet olduğundan xəbər verir.

Ümumilikdə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı təşkilatın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Yeniliyə açıq mövqe, idarəetmədə şəffaflıq, rəqəmsallaşma və insan kapitalına yönəlmiş yanaşma AHİK-in gələcək fəaliyyətinin əsas sütunlarını təşkil edir.
Bu strategiyanın ardıcıl və sistemli şəkildə həyata keçirilməsi həmkarlar ittifaqlarının əmək münasibətlərində rolunu gücləndirəcək, üzvlərin maraqlarının daha effektiv müdafiəsinə və bütövlükdə sosial dialoqun inkişafına mühüm töhfə verəcək.
Süleyman İsmayılbəyli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see229

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see213

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see149

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see145

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see143

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see134

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri