Icma.az
close
up
RU
Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi

Ahıl yaşlarında Hollivudu fəth edən 5 sənətçi

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hollivud – bu, gəncliyin tez-tez əsas dəyər kimi qəbul edildiyi bir məkandır. Lakin bəzi aktyorlar sübut ediblər ki, əsl istedadın yaş limiti yoxdur. Onların böyük ekrana gəlişi ildırım sürəti ilə deyil, uzun və çox vaxt çətin bir yolla baş tutub.

Lent.az çoxlarının artıq karyeralarını başa vurduğu yaşda Hollivud səhnəsinə çıxan aktyorları təqdim edir.

Cudi Denç

Cudi Denç uzun illər Britaniya teatrının ulduzu hesab olunsa da, kinokaryerası əslində kifayət qədər gec başlayıb – o, böyük ekranda debütünü artıq 60 yaşında edib.

1995-ci ildə o, Ceyms Bond haqqındakı 17-ci film olan “Qızıl Göz”də ilk dəfə “M” obrazında kinoda görünüb.

Bundan sonra Cudi əsl Hollivud əfsanəsinə çevrilib: o, “Oskar” mükafatına yeddi dəfə namizəd olub və 1999-cu ildə “Şekspir Aşiqləri” filmindəki rolu ilə bu mükafatı qazanıb.

Emmanuel Riva

Fransız aktrisası Emmanüel Riva yalnız 2012-ci ildə beynəlxalq miqyasda tanınıb – o zaman Mişel Hanekenin “Sevgi” filmində baş rolu ifa edib. 85 yaşında Riva “Ən yaxşı qadın rolu” nominasiyası üzrə “Oskar”a namizəd göstərilən ən yaşlı aktrisa olub.

Hərçənd, o mükafatı qazanmayıb, lakin kino sahəsindəki töhfəsi ən yüksək səviyyədə qiymətləndirilib.

Ketrin Kusten

Ketrin Custen aktyorluq peşəsini dərhal seçməyib – gənclik illərində psixiatrik xəstəxanada tibb bacısı işləyib.

Yalnız 42 yaşında həvəskar teatr səhnəsində ilk dəfə çıxış edib. Bundan sonra aktyorluq onun əsas məşğuliyyətinə çevrilib. Custen tədricən Hollivudda tanınıb və 72 yaşına qədər 130-dan çox rolda oynamağa nail olub. Onun istedadı iki “Emmi” mükafatı ilə təltif edilib.

Rikardo Montalban

Meksikalı aktyor Rikardo Montalban uzun illər əhəmiyyətli bir rol ala bilməyib. Onun karyerasında dönüş nöqtəsi 1970-ci illərdə baş verib – o zaman o, “Fantaziya adası” verilişində xarizmatik aparıcı rolunu oynayıb.

Lakin əsl şöhrəti 62 yaşında qazanıb – “Ulduz Yolu 2: Xanın Qəzəbi” filmində Xanı canlandırıb və bu rol onun karyerasında ən tanınmış obraz olub. Bu kult zalım obrazı elm-fantastika janrının pərəstişkarları tərəfindən bu günə qədər xatırlanır.

Marqo Martindeil

Marqo uzun illər ərzində istedadlı aktrisa kimi ikinci dərəcəli rollarda çıxış edib və şöhrətin kölgəsində qalıb. Hərçənd geniş tanınmasa da, tənqidçilər onun “Qanun və qayda”, “Qətl şöbəsi” və “Milyon dollarlıq körpə” kimi layihələrdəki çıxışlarını yüksək qiymətləndirilib.

Martindeil üçün əsl tanınma 2010-cu ildə gəlib – o, “Ədalət” serialında çəkilməyə başlayıb və bu zaman onun artıq 60 yaşı olub. Bu rol onun karyerasının əsas nailiyyətinə çevrilib.

Bundan əlavə, Marqo populyar böyüklər üçün animasiya serialı olan “BoCek At”da özünün alternativ versiyasını səsləndirib ki, bu da onun uğurlarına mühüm töhfə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri