Icma.az
close
up
RU
İngilis dilini bilmədən Hollivudu fəth edən 10 ULDUZ

İngilis dilini bilmədən Hollivudu fəth edən 10 ULDUZ

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Hollivud – milyonların arzusu, amma hər kəs dili bilmədən ora getməyə cəsarət etmir. Bu ulduzlar isə yalnız cəsarət etməklə kifayətlənməyib, həm də sənayeni fəth edə biliblər.

Lent.az xarici mediaya istinadla dilləri “yolda” öyrənən, intuisiya və aktyorluq məharətinə güvənən aktyorları təqdim edir.

Antonio Banderas

İspan aktyor Hollivud kastinq direktorlarında pis təəssürat yaratmamaq üçün dil baryeri barədə susmağı qərara alıb.

Onun agenti rejissora əminliklə deyib ki, Banderas ingiliscəni mükəmməl bilir, buna görə də aktyoru Londona görüşə dəvət ediblər. Sonralar Antonio zarafatla deyib ki, söhbət zamanı bütün suallara yalnız “yes” cavabını verib. İki həftə sonra o, artıq Nyu-Yorka uçub və yalnız fonetik “şparqalka” əsasında replika əzbərləyib – beləliklə onun Amerika karyerası başlayıb.

Xavyer Bardem

İspan aktyora hələ 1990-cı illərdə Con Malkoviç diqqət yetirib. O vaxt Bardem ingiliscədən bir kəlmə də bilməyib, amma “Yuxarıda rəqs edən” filminin çəkilişləri texniki səbəblərlə təxirə salınanda dili öyrənməyə müvəffəq olub.

Əvvəlcə ona ikinci dərəcəli rol təklif olunub, amma ingilis dilində sürətli irəliləyişi sayəsində baş rolu əldə edib.

Marion Kotiyyar

Fransalı aktrisa ABŞ-ın diqqətini “Yaşıl həyat” (2007) filmi ilə çəkib. Hollivuddan ilk təkliflər gələn kimi, aktrisa intensiv kursa başlayıb: dörd ay hər gün ingilis dili və Marion artıq ilk ingilisdilli layihəsində çəkilib.

Jan Dyujarden

Fransız aktyor “Artist” (2011) filmində rol aldıqda, dil problemi demək olar ki, olmayıb: film səssiz kino dövrünə həsr olunub.

Bircə replikası belə yox idi – amma buna baxmayaraq, “Ən yaxşı kişi rolu” üzrə “Oskar” qazanıb. O dövrdə Dyujarden demək olar ki, ingiliscə danışmayıb, amma mükafatı Corc Klunini belə qabaqlayaraq alıb.

Monika Belluççi

Bu gün aktrisa bir neçə dildə rahat müsahibə verir, halbuki vaxtilə özünü “ümidsiz” dilçi hesab edib. Onun ilk Amerika layihəsi Frensis Ford Koppolanın “Drakula” (1992) filmi oldu və o zaman ingiliscəni demək olar ki, bilməyib.

“Heç vaxt ingilis dili dərsi almamışam. Bu dili necə öyrəndiyimi bilmirəm”, – Monika sonralar etiraf edib.

Yalitsa Aparisio

Aktrisalığı olmayan meksikalı “Roma” (2018) filmində baş rolu alıb və dərhal “Oskar”a namizəd olub.Yalitsa ingilis dilini yalnız uğurdan sonra öyrənməyə başlayıb ki, Hollivudda möhkəmlənsin.

Salma Hayek

“Mən ingiliscə bilmirdim, yaşıl kartım yox idi, maşın sürə bilmirdim və heç kimlə ünsiyyət qura bilmirdim”, – aktrisa 2003-cü ildə Ofra Vinfriyə müsahibəsində xatırlayıb.

Bütün bunlara baxmayaraq, artıq bir il sonra o, “Mənim dəli həyatım” (1993) filmində baş rol oynayıb. 2002-ci ildə Hayek “Frida” filmi ilə “Oskar”a namizəd olub və bütün bunlar ingiliscə.

Arnold Şvartsenegger

19 yaşlı bodibildinq çempionu ABŞ-a gələndə, ingiliscə cəmi bir neçə ifadə bilib.

Güclü aksenti səbəbindən onun ilk rollarını dublyaj ediblər, amma sonradan məhz bu tələffüz “Terminator”un və gələcək Kaliforniya qubernatorunun vizit kartına çevrilib.

Penelopa Kruz

İlk ispan “Oskar” qalibi (2009, “Viki, Kristina, Barselona”) zarafatla deyirdi ki, Hollivuda gələndə yalnız iki ifadə bilib: “How are you?” və “I want to work with Johnny Depp”. Bir neçə il sonra isə aktrisa artıq Dip ilə ard-arda iki layihədə rol alıb.

İnqrid Berqman

İsveçli aktrisa Hollivuda özünün “İntermeçço” (1939) filminin ingilisdilli remeykində rol almaq üçün gəlib. Dil səviyyəsi sıfır olsa da, rejissor David O. Selznik onun oyununa heyran qalıb və çəkilişlərə dəvət edib.

Berqman ingilis dilini birbaşa çəkiliş meydançasında öyrənib və bu, onun klassik Hollivud əfsanəsinə çevrilməsinə mane olmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Sentyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri