Aİ 92 markalı benzinin ixracına dair göstəricilər açıqlandı
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 4 milyon 85,18 min ABŞ dolları dəyərində 6 min 456,99 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.
Bu barədə Avtosfer.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxracın əsas həcmi isə Türkiyənin payına düşüb. Belə ki, bu ölkəyə 1 milyon 650,06 min ABŞ dolları dəyərində 3 min 65,74 ton, Əfqanıstana isə 1 milyon 631,35 min ABŞ dolları dəyərində 2 min 297,68 ton benzin tədarük olunub.
Hesabat dövründə Gürcüstana 803,77 min ABŞ dolları dəyərində 1 min 93,57 ton benzin ixrac edilib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan "Aİ-92" markalı avtomobil benzini ixrac etməyib.
Sonuncu dəfə 2021-ci ildə Azərbaycandan 27,98 min ABŞ dolları dəyərində 44,94 ton "Aİ-92" markalı benzin Gürcüstana ixrac olunub.
Azərbaycanda "Aİ-92" markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. Zavod 2024-cü ilin yayından "Premium Euro-95" markalı benzinin istehsalına başlayıb.
Oxunub 46
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 27 Yanvar 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















