Icma.az
close
up
RU
Cizgi filmləri: işığa, yoxsa qaranlığa doğru?..

Cizgi filmləri: işığa, yoxsa qaranlığa doğru?..

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uşaqlarımız hansı cizgi filmlərinə baxır? Bax, günün sualı məhz budur. Onlar üçün cizgi filmlərini kim seçir, kim təqdim edir? Buna nəzarət varmı? Yoxsa uşaqlar nəyə istəyir, ona baxır?

Bu suallara cavab verəcəyimiz təqdirdə elə məsələni də həll etmiş olacağıq. Lakin təəssüf ki, hələ də bu barədə dərindən düşünə bilməyən valideynlər var. Uşaq hansı cizgi filminə baxır, hansı dildə baxır, mövzu nədir, nəyi aşılayır, nədən bəhs edir kimi suallar bəzi valideynlərin düşüncəsi xaricindədir. Odur ki, uşaqların gələcəyinə balta çalan çoxsaylı cizgi filmindən hər zaman olduğu kimi söhbət açmağa dəyər.

Cizgi filminə uşaqlar kiçik yaşlardan baxmağa başlayır. Əslində bu filmləri onlara biz təqdim edirik. Bəzən yemək istəmir, açırıq televizoru və yaxud da telefonumuzu, qarşımıza çıxan ilk cizgi filmini uşağa təqdim edirik ki, başı qarsısın, biz onu rahat, özümüzə əziyyət vermədən yedirə bilək.

Bəzən uşaq ağlayır, narahatlıq edir. Analar isə yenə də onları sakitləşdirmək, işinə mane olmamsı üçün televizor qarşısına qoyur və cizgi filmi ilə başlarını qatır.

Cizgi filmi əslində uşağın inkişafında, intellektinin formalaşmasında əvəzsiz vasitədir. Lakin hər cizgi filmi haqqında bunu demək mümkün deyil. Birincisi, uşaq öz ana dilində cizgi filminə baxmalıdır. Çünki yeni danışmaq istəyən uşağı başqa dildə olan filmlə anlaşılmaz vəziyyətə gətirə, beynini yükləmiş oluruq. Uşaq filmdəki danışıqla ailədəki danışıq arasında çətin bir vəziyyətə düşmüş olur və hansını qəbul edəcəyini bilmir. Elə bu səbəbdən də danışması ləngiyə də bilir.

Uşaqlara cizgi filmləri valideynləri tərəfindən seçilməlidir. Valideyn öncə filmi özü seyr etməli, burada artıq-əskik nə isə olmadığına əmin olandan sonra övladının baxmasına icazə verməlidir.

Xarici ölkələrdə istehsal olunan cizgi filmləri var ki, bu filmlər adamı həqiqətən də heyrətə gətirir: burada azyaşlı uşaqların makyajdan istifadə etməsi, geyimlərini özləri seçməsi və ana ilə razılaşmaması, maddi vəziyyəti yaxşı olan və yaxşı olmayan dostlar, rəfiqələr arasında ayrı-seçkilik məsələləri var. Ötən aylarda bir cizgi filmi ilə qarşılaşmışdım, burada iki oğlan bir-biri ilə evlənirdi. Bax, bu kimi cizgi filmləri uşaqlarımıza nəyi aşılayır?..

Uşağın yaşına, yaşadığı cəmiyyətə, milli dəyərlərə uyğun olmayan filmlər onların gələcəyinin üzərindən bir cızıq çəkir. Bunu qətiyyən unutmayaq. Eyni zamanda əgər normal filmdirsə, lakin öz ana dilimizdə deyilsə, bu da onlar üçün zərərlidir. Düzdür, başqa dil öyrənmək yaxşıdır. Lakin bu, uşaq öz ana dilini mənimsəyəndən sonra ola bilər.

Beləliklə, uşaqlara elə cizgi filmləri təqdim edək ki, bu filmlər onların gələcək həyatında “özünəməxsus” yer almasın. Dünyaya baxışı yenicə formalaşan, beyni ağ səhifə olan övladımıza hər hansı bir məqsədlə hazırlanan, nəyə xidmət etdiyini heç özümüz də anlamadığımız filmlərə baxmağa icazə verməyək.

Yaxşı olar ki, onlara daha çox vaxt ayıraq. Özümüz baxmadan onların baxmasına mane olaq. Axı onlar cızgi filmini seçmək bacarığında da deyillər. Biz nəyi təqdim etsək, ona da baxacaqlar, ona da maraq göstərəcəklər. Belə isə, birinci özümüzü tərbiyə edək. O mənada ki, uşaqlara nəyi təqdim etdiyimizi anlayaq ki, onların gələcəyinə əngəl yaratmayaq.

Bu barədə yenə yazırıq, yenə deyirik. Fikirləşmək isə bu barədə əsla düşünməyən çoxsaylı valideynin üzərinə düşür. Cizgi filmləri övladımızın gələcəyini işıqlandırsın, yoxsa qaranlığa çevirsin, bu suala cavab verə bilsək, məsələ həll olunmuş sayılır.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri