Icma.az
close
up
RU
Aİ Azərbaycan əlaqələri: bərabərhüquqlu, səmimi və işgüzar

Aİ Azərbaycan əlaqələri: bərabərhüquqlu, səmimi və işgüzar

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bakı Qərb üçün yeni inkişaf imkanları təqdim edir

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikası özünəməxsus çoxvektorlu xarici siyasət kursu ilə seçilir. Regional və qlobal proseslərdə milli maraqlara əsaslanan, praqmatik, qarşılıqlı bərabərhüquqlu münasibətlərə istinad edən siyasət yürütmək dövlətimizin əsas prioritetlərindəndir. Bu kontekstdə Avropa İttifaqı ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan - Aİ əlaqələri hər zaman işgüzar və tərəfdaşlıq dinamikasında inkişaf etmiş, qarşılıqlı maraqlar müstəvisində qurulmuşdur. Əlaqələrin əsas dayaqlarından biri enerji əməkdaşlığıdır ki, bu sahə təkcə ikitərəfli münasibətlərin deyil, həm də Avropanın enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib. Azərbaycan bu əməkdaşlıqla özünü etibarlı tərəfdaş kimi təsdiqləməklə yanaşı, həm də regionda sabitlik, inteqrasiya və dayanıqlı inkişaf proseslərinə töhfə verməkdədir.

Vurğulandığı kimi, Azərbaycan - Aİ münasibətləri siyasi dialoqdan tutmuş enerji, ticarət, nəqliyyat, təhsil və humanitar sahələrə qədər geniş spektri əhatə etməkdədir. Bu əlaqələr ilərdir ki, inkişaf edir və qarşılıqlı etimad, real maraqlar əsasında dərinləşərək strateji məzmun qazanır.

Enerji dialoqu - Bakı ilə Brüssel arasında münasibətlərin mühüm həlqəsi...

Bəli, qurumla ölkəmiz arasında xüsusilə enerji əməkdaşlığı münasibətlərin mərkəzində dayanır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Bu layihə sayəsində Azərbaycan özünü Avropa üçün etibarlı enerji tərəfdaşı kimi təsdiqləyib. 2022-ci ilin iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması isə bu prosesdə xüsusi yerə malikdir. Qeyd edək ki, Avropa bazarında Azərbaycan qazına ehtiyac ildən-ilə daha da çoxalır - bu isə yeni idxalçı ölkələrin ortaya çıxmasını şərtləndirir. Digər tərəfdən, paralel olaraq Azərbaycanın ixrac potensialı da artmaqdadır. Bu mənada, bütövlükdə, Azərbaycanla Avropa İttifaqı arasında formalaşan enerji dialoqu əməkdaşlığın nadir formatı kimi səciyyələndirilir. Azərbaycan bu gün 12 ölkəyə qaz ixrac edir - onların 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür. Bu, olduqca mühüm bir məqamdır - ölkəmizin planı 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır. Bu gün 25 milyard kubmetr səviyyəsində olan bu göstərici təxminən 5 ildən sonra 33 milyard kubmetr təşkil edəcək.

Enerji sektorundan kənarda da əməkdaşlığın perspektivləri genişdir. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi, investisiya mübadiləsi və nəqliyyat dəhlizlərinin inkişafı iki tərəfli əlaqələrin mühüm istiqamətlərindəndir. Azərbaycan - Aİ münasibətləri həm də siyasi sabitlik, regional təhlükəsizlik və mədəni-humanitar əməkdaşlıq baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın çoxvektorlu siyasəti bu əlaqələrin davamlı və uzunmüddətli olmasına şərait yaradır, Avropa İttifaqı isə regionda etibarlı və praqmatik tərəfdaş kimi Azərbaycanın yanında yer alır.

Zəngəzur dəhlizi (TRİPP) - Aİ üçün yeni nizamda ən vacib regional amil...

Təsadüfi deyil ki, avqustun 28-də Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edərkən qurum rəsmisi də Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələrin regionda davamlı sülhün təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb. Qonaq Avropa İttifaqına üzv dövlətlərin də Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülhü dəstəklədiklərini bildirib. Maqdalena Qrono, həmçinin Avropa İttifaqının iki ölkə arasında razılaşdırılmış məsələlərin, o cümlədən nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu qeyd edib.

Göründüyü kimi, Azərbaycan son 5 ildə böyük geostrateji əhəmiyyətə malik olan coğrafiyada yeni inkişaf mərhələsi yaradıb, təhlükəsizlik arxitekturası formalaşdırıb. Bu, gələcək yüzilliyin proyekti kimi qiymətləndirilən, dünyanın yeni dönəmdə əsas ticarət xətti kimi mahiyyət kəsb edən Şərq-Qərb tranzitini daha da ön plana çıxarıb - M.Qrononun timsalında Avropa məkanı belə Şərq-Qərb tranziti üzrə daşınmada Azərbaycanın əhəmiyyətini xüsusi vurğulayır. Avropa, hətta bütövlükdə Qərb Zəngəzur dəhlizi (TRİPP) vasitəsilə daşınmaların daha effektiv və tez çatdırılması amilini etiraf edir. Bu daşınmaların ən mühüm halqasını məhz Azərbaycan təşkil edir. Təsadüfi deyildi ki, bir müddət öncə Azərbaycanda səfərdə olan Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer də eyni fikirləri səsləndirmişdi və bildirmişdi ki, “Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq”.

Beləliklə, Avropa məkanı da bütövlükdə prosesin uğurlu inkişafında maraqlı olduğunu dilə gətirir. Hətta onlar həm enerji sahəsində, həm də Şərq-Qərb transformasiyası üzərindən qarşılıqlı biznes mühitinin inkişafı üçün yeni yollara ehtiyac olduğunu açıq şəkildə etiraf edirlər. Zəngəzur dəhilizi (TRİPP) Avropa ilə Şərq arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına yol açacaq - paralel olaraq xətt üzrə əlaqələrin genişləndirilməsində, şaxələndirilməsində Azərbaycanın regional rolu böyükdür. Cənubi Qafqaz və xüsusilə Zəngəzur dəhlizi (TRİPP) həm Çinin Avropaya çıxış imkanlarını genişləndirəcək, həm də Aİ üçün yeni enerji və ticarət yolları yaradacaq.

Səmimi, dürüst və sülhpərvər yanaşma - inkişaf üçün ən vacib şərt...

Qeyd edilən görüşdə çıxış edən Prezident İlham Əliyev Vaşinqtonda əldə olunan nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini deyərək, bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb. Dövdət başçısı qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton Bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır. Görüşdə ölkəmizin Ermənistanla ikitərəfli əsasda etimad quruculuğu tədbirlərini dəstəklədiyi qeyd olunub. Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat və tranzit bağlantısının yaradılmasının vacibliyi bir daha vurğulanıb, xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.

Həqiqətən də sülh prosesi nəinki tək cənubi Qafqaz üçün, eynilə Avropa məkanı üçün də yüksək iqtisadi inkişaf vəd edir. Nəzərə alsaq ki, dünyada artıq yeni siyasi-iqtisadi nizam formalaşdmaqdadır, Cənubi Qafqaz Aİ-nin Şərq kontingenti ilə əlaqələrinin qurulmasında açar rolunu oynayacaq. Zəngəzur dəhlizi (TRİPP) Aİ-yə bu yeni transformasiya dövründə özünün yeni inkişaf xəttini yaratmaqda açıq kömək göstərəcək. Başqa sözlə desək, Zəngəzur dəhlizi (TRİPP) Avropanın gələcəyi üçün mayak rolunu oynayacaq.

Yuxarıda da vurğulandığı kimi, əlaqələrin inkişafında bərabərhüquqlu, səmimi və işgüzar mühit formalaşdırılması bu məsələdə daha da irəliyə getməyə imkanlar yaradacaq. Aİ və onun tərkib hissəsi olan bəzi dövlətlər bölgəyə münasibətdi daha səmimi müstəvidə yanaşma sərgiləsə, bu, onların xeyrinə olacaq. Çünki əvvəlki nümunələrdə də birtərəfli münasibətlərin hansı mənfi tendensiya və nəticələr formalaşdırdığını müşahidə etmişik. Bu baxımdan, Azərbaycanın formalaşdırdığı yeni situasiyadan daha səmərəli istifadə edilməli, münasibətlərin qarşılıqlı fayda üzərində qurulmasına hərtərəfli şərait yaradılmalıdır.

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Avqust 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see299

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri