Icma.az
close
up
RU
Azərbaycan ŞƏT əlaqələri...

Azərbaycan ŞƏT əlaqələri...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Əməkdaşlıq müxtəlif sahələri əhatə edir!

Ölkəmiz qısa zamanda çoxtərəfli əlaqələrin inkişafını hədəfləyən, qlobal çağırışlara cavab verən mühüm uğurlara imza atıb. Yeni dövrdə beynəlxalq münasibətlər sistemində olduqca aktiv mövqe tutmuş Azərbaycan çoxtərəfliliyin təşviqi ilə bağlı mühüm yol keçib. Yerləşdiyi coğrafi məkan siyasi nöqteyi-nəzərdən kataklizmlərin davamlı hal aldığı region kimi dəyərləndirilsə də, Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla hətta sərhəddindən kənarda yerləşən ölkələr üçün sabitləşdirici faktor kimi çıxış edir.

Azərbaycanın uğur formulunun açarı məhz bununla izah edilir - bütün yanaşmalarında ədalət prinsipinin qorunması və çoxtərəfliliyə sədaqət nümayiş etdirmək. Rəsmi Bakı hər zaman bəyan edir ki, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Bu mənada, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələri mühüm əhəmiyyət daşıyır. ŞƏT-in regional və qlobal səviyyədə böyük perspektiv vəd etməsi, geniş iqtisadi potensial, həmçinin qurumun prinsiplərinin, məqsədlərinin Azərbaycanın gündəliyinin bir çox məsələləri  üst-üstə düşməsi ölkəmizin maraqları ilə uzlaşır. Paralel olaraq Azərbaycan qurumda təmsil olunan əksər dövlətlər ilə ikitərəfli platformada əlaqələrə malikdir.

Azərbaycan - ŞƏT əməkdaşlığı

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən politoloq İlqar Vəlizadənin sözlərinə görə, artıq illərdir ki, Azərbaycan ŞƏT-in Zirvə toplantılarında, sammitlərində iştirak edir. Politoloq xatırladıb ki, 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in Zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən, Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib: “Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib. Ölkəmiz, eyni zamanda, bir neçə il öncə təşkilatdakı statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün ŞƏT-in Katibliyinə rəsmən müraciət edib. Keçən ilin iyulunda Astanada keçirilən ŞƏT-ə üzv ölkələrin növbəti Zirvə görüşündə də Azərbaycan təmsil olunub. “ŞƏT+” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar”.

ŞƏT-də hüquqi statusun artırılması dəstəklənir

İ.Vəlizadə qeyd edib ki, paralel olaraq həmin sammitdə Qazaxıstandan sonra Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyin Çinə keçəcəyi məlum olub. Assosiasiyanın növbəti, yəni builki sammiti Çində keçiriləcək: “Vurğulanmalıdır ki, Çin-Azərbaycan münasibətlərinin yüksək ruhda inkişafı Azərbaycanın ŞƏT ilə əlaqələrinin daha da möhkəmləndirilməsində də əlavə impuls yaradır. Məsələn, ötən ay-aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da da vurğulanır ki, Azərbaycan Çinin ŞƏT-ə sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir. Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir”.

Cənubi Qafqazda yüksək perspektivlik

Politoloqun sözlərinə görə, bütün beynəlxalq təşkilatlarla olduğu kimi, ŞƏT-lə əlaqələrin möhkəmləndirilməsi işgüzar, qarşılıqlı maraqlara əsaslanan və hörmət əsasında formalaşır. Azərbaycan yerləşdiyi bölgənin aparıcı iqtisadi-siyasi ölkəsi, bir sözlə, regionun lideri kimi bu əməkdaşlığın regional mahiyyət qazanması üçün səy göstərir: “Azərbaycan-ŞƏT əməkdaşlığı bütövlükdə, Cənubi Qafqazda yüksək perspektiv yaradır. Əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən sahələr üzrə  müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlıqda iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və digər sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirir. Növbəti sammitlərdə bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində inklüziv əməkdaşlıqların müxtəlif istiqamətləri ilə bağlı addımların atılacağı gözlənilir. Eyni zamanda, yeni dönəm üçün sədr olan Çinin ŞƏT-in maraqları çərçivəsində ölkəmizdə əməkdaşlıq perspektivlərini daha da gücləndirməsi bütövlükdə təşkilat ilə Bakı arasında münasibətləri mühüm bir zirvəyə yüksəldə bilər.  Prezident İlham Əliyev də bildirib ki, biz ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük. Ölkələrin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 May 2025 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri