Icma.az
close
up
RU
Aİ COP29da iqlim dəyişikliyi ilə bağlı gələcək qlobal fəaliyyətləri dəstəkləyəcək Xəbər saytı Son xəbərlər və Hadisələr

Aİ COP29da iqlim dəyişikliyi ilə bağlı gələcək qlobal fəaliyyətləri dəstəkləyəcək Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı (Aİ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək 29-cu sessiyasında (COP29) iddialı maliyyələşdirmə və investisiya hədəflərini dəstəkləyərək qlobal iqlim fəaliyyətini təşviq etdirmək öhdəliyini bir daha təsdiqləyib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

"Bu il müzakirələr COP28-də müəyyən edilmiş enerji keçidi məqsədlərinin gücləndirilməsinə yönəldiləcək. Bura qalıq yanacaqlardan istifadədən tədricən imtina edilməsi, 2030-cu ilə qədər bərpa olunan enerjiyə investisiyaların üç dəfə artırılması və enerji səmərəliliyi tədbirlərinin ikiqat artırılması daxildir", - AK-nın bəyanatında qeyd olunub.

Sənədə əsasən, Aİ qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdıran Paris Sazişinin məqsədinə nail olmaq üçün COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla işləyir.

Bunun üçün özəl sektor investisiyalarını, innovativ maliyyə mənbələrini cəlb etmək, eləcə də həm qlobal, həm də lokal səviyyədə əlverişli mühitin yaradılması zəruridir.

Aİ danışıqçıları gələn il üçün iddialı töhfələrə də diqqət yetirirlər, çünki Aİ bu ilin əvvəlində birliyin 2040-cı il iqlim hədəfi ilə bağlı bəyanat dərc edərək artıq milli səviyyəli ianələrə əsaslanan töhfəsini hazırlayır.

Komissiya 2040-cı ilə qədər emissiyaları 90 % azaltmağı hədəfləyən qanunvericilik təklif etməyi planlaşdırır. Aİ komandası həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq beynəlxalq karbon bazarları üzrə danışıqları başa çatdırmağa çalışacaq.

Diqqətə çatdırılıb ki, COP29-da Aİ danışıqlar qrupuna iqlim fəaliyyəti üzrə Avropa komissarı Vopke Hukstra rəhbərlik edəcək.

Enerji komissarı Kadri Simson noyabrın 14-15-də qalıq yanacaqlardan uzaqlaşma, metan emissiyalarının azaldılması və təmiz texnologiyaların təşviqi ilə bağlı müzakirələrə qoşulacaq. İnnovasiyalar, tədqiqatlar, mədəniyyət, təhsil və gənclər üzrə Avropa komissarı İliana İvanova isə noyabrın 12-də "Sıfır emissiya ilə rəqabət qabiliyyətinin gələcəyi" adlı konfransda yüksək səviyyəli tədbirdə iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Noyabr 2024 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see195

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see159

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see135

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri