Icma.az
close
up
RU
Ermənistandan Azərbaycana dəvət: Bakının cavabı isə...

Ermənistandan Azərbaycana dəvət: Bakının cavabı isə...

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycanın COP17-də iştirakını təmin etmək üçün yaxın vaxtlarda rəsmi dəvət göndərəcək. Ekspertlər hesab edir ki, rəsmi sülh danışıqları olmasa belə, bu cür beynəlxalq tədbirlərdə qeyri-rəsmi təmaslar münasibətlərin normallaşmasına təkan verə bilər.

Bakı İrəvanın dəvətini qəbul edəcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, şərtlər və format üzərindən ciddi nəzarətlə Bakının İrəvanın dəvətini qəbul etməsi mümkündür:

“COP-17 BMT-nin universal platformasıdır və Azərbaycan üçün bu cür tədbirlərə qatılmamaq Bakının konstruktiv tərəf imicinə xələl gətirə və ardınca İrəvanın diplomatik narrativ üstünlük qazanmasına imkan yarada bilər. Bu səbəbdən Bakı üçün əsas sual qatılıb-qatılmamaq yox, necə və hansı çərçivədə qatılmaqdır. Digər tərəfdən, COP formatı siyasi danışıqlar üçün nəzərdə tutulmayıb. Burada əsasən iqlim məsələləri, ekoloji problemlər müzakirə olunur, baxmayaraq ki, COP29-da prosesləri siyasiləşdirməyə cəhd edənlər olmuşdu. Lakin sözügedən tədbirdə iştirak etmək Bakıya texniki və humanitar mövzular üzərindən təmas üçün imkan yarada bilər. Məsələn, iştirakımız Qarabağ və Şərqi Zəngəzurda ekosid iddiaları, minalanmış ərazilərin bərpası, su resursları və transsərhəd ekosistemlər kimi məsələlərə dolayı diplomatik giriş nöqtəsinin yaranması mümkündür. Yəni bu, sülh masası deyil, amma sükutu yumşaldan platforma ola bilər”.

Elnur Ənvəroğlu

Siyasi şərhçi bildirib ki, rəsmi Bakı dəvəti qəbul edərkən üç əsas risk blokunu nəzərə almalıdır:

“Birincisi, narrativ risklərdir ki, burada siyasi manipulyasiyalara yol verilməməlidir, yəni Ermənistanın bu kimi cəhdlərinin qarşısı alınmalıdır. Həmçinin “ekoloji təhlükə” adı altında münaqişə narrativinin qaytarılmasına cəhdlər ola bilər. İkincisi, yüksək səviyyəli Azərbaycan nümayəndələrinin iştirakı fiziki və informasiya təhlükəsizliyi baxımından az faiz də olsa, risklər yarada bilər. Xüsusilə qeyri-rəsmi formatlarda təxribat ehtimalı mümkündür. Hətta fikrimcə, COP çərçivəsində baş verəcək istənilən qeyri-rəsmi təmas sonradan sülh danışıqları kimi təqdim oluna bilər. Biz prosesləri yalnız Nikol Paşinyan administrasiyasının ictimaiyyətə təqdim etdiyi platformadan izləyirik, amma hazırda daxildə Azərbaycanın bugünkü vəziyyəti ilə barışmayan qüvvələr həm İrəvanda, həm də ondan kənarda az deyil”.

Ekspert qeyd edib ki, COP-17 çərçivəsində qeyri-rəsmi təmasların sülh prosesinə birbaşa və dərhal təsir göstərməyəcək:

“Amma orta perspektivdə psixoloji və diplomatik fonu yumşalda bilər. Yəni normalda belə təmaslar tərəflərin bir məkanda qarşılaşmasını normallaşdırır, ritorikanı qismən texniki müstəviyə keçirir, həm də siyasi nöqteyi nəzərdən üçüncü tərəflərin “vasitəçilik təzyiqini” azaldır. Bir sözlə, ikili dialoqun mümkünlüyünü və gələcəkdə daha səmimi təmasların qurulmasını rahatlaşdırır”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 07:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri