Icma.az
close
up
RU
Aİ Ermənistan sazişi: Brüsseldən yeni gediş

Aİ Ermənistan sazişi: Brüsseldən yeni gediş

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqı ilə Ermənistan arasında 2 dekabrda imzalanan “Tərəfdaşlıq üçün gündəm” sənədi Brüsselin Cənubi Qafqazda balanslı siyasətinə və post-münaqişə dövründə sülhə töhfə vermək iddiasına ciddi suallar yaradır. Aİ-nin əvvəlki rəhbərliyinin regiona Ermənistan prizmasından yanaşması Azərbaycanla münasibətləri durğunluğa salmış, bu siyasət isə xüsusilə Jozep Borrell kimi erməni lobbisinin təsirində olan fiqurlarla əlaqələndirilirdi. Rəhbərlik dəyişikliyi Bakıyla münasibətlərdə yeni səhifə açacağına dair ümidlər yaratsa da, Ermənistanla imzalanan sənədin məzmunu bu gözləntiləri arxa plana keçirir.

64 səhifəlik sənəd Ermənistanla bağlı olsa da, Azərbaycana geniş yer ayrılması sual doğurur: Aİ həqiqətən regionda sülhə töhfə vermək istəyir, yoxsa başqa məqsədləri var?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan politoloq Elçin Xalidbəyli bildirib ki,  Avropa İttifaqı (Aİ) uzun müddətdir Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyir.

“Aİ-nin qəbul etdiyi qərar və qətnamələrin əksəriyyətində Azərbaycanla bağlı ədalətli yanaşma müşahidə olunmur və bəzi hallarda ölkə haqqında əsassız iddialar irəli sürülür. Aİ-nin Ermənistandakı müşahidə missiyası da Bakıda narahatlıq doğuran məsələlərdəndir. Bu missiyada yer alan şəxslərin bəziləri müxtəlif Avropa ölkələrinin xüsusi xidmət orqanlarında təcrübəyə malik olduqları üçün missiyanın fəaliyyəti sırf müşahidə ilə məhdudlaşmır və müəyyən təhlükəsizlik riskləri yarada bilər. Bu səbəbdən rəsmi Bakı dəfələrlə həmin missiyanın Ermənistandan çıxarılmasını tələb edib. Aİ hazırda Cənubi Qafqazda özünün əsas tərəfdaşı kimi Ermənistanı seçib. Aİ-nin Gürcüstanla münasibətlərində gərginliklər mövcuddur, Azərbaycanla isə əsas əməkdaşlıq sahəsi enerji təhlükəsizliyi ilə məhduddur. Bununla belə,  Aİ Azərbaycanın müstəqil xarici siyasət kursunu tam qəbul etmir və Bakının daha çox Aİ maraqlarına uyğun davranmasını gözləyir. Rəsmi Bakı isə bu yanaşmadan kənarda duraraq öz müstəqil mövqeyini qorumaqdadır”,- o deyib.

Politoloq əlavə edib ki, Aİ strukturlarında Ermənistanı dəstəkləyən mövqelərin formalaşmasında erməni lobbi qruplarının təsiri də müəyyən rol oynayır. Onun iddiasına görə, bəzi Avropa siyasətçilərinin bu lobbilərin təsiri altında qərarlar verdiyi ilə bağlı məlumatlar mövcuddur və bu da Aİ-də balanslı mövqenin formalaşmasını çətinləşdiri: ” Aİ-nin hazırkı addımları yaxın perspektivdə də Azərbaycanın ünvanına yönəlmiş qərəzli siyasətin dəyişəcəyinə ümid yaratmır”.

Ayşən

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Dekabr 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri