“Aİ Gürcüstana təzyiq göstərməyə davam edir”
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Gürcüstan hakimiyyəti Avropa İttifaqı (Aİ) ilə münasibətlərin yaxşılaşmasını gözləyir, lakin Brüssel isə təzyiq göstərməyə davam edir”.
Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi" telekanalına müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Avropa bürokratlarının xalq tərəfindən seçilmiş hakimiyyətə bugünkü münasibəti Gürcüstana təzyiqlərin davamıdır.
"Radikal müxalifətin liderləri Avropa bürokratlarının agentləridir. Məhz bu bürokratlar radikallara seçkilərdə qazandıqları deputat mandatlarını götürməyi qadağan ediblər", - deyə Kobaxidze vurğulayıb.
O qeyd edib ki, buna baxmayaraq, Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşması üçün strateji gözləmə rejimində qalır:
"Ümid edirik ki, Avropa İttifaqında Gürcüstana münasibətdə müəyyən dəyişikliklər baş verəcək", - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Baxış sayı:129
Bu xəbər 04 İyul 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















