Aİ nümayəndəsi Gürcüstana BURAXILMADI
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin əməkdaşı Saymon Vandenbrouke Gürcüstana buraxılmayıb.
“Cebheinfo.az” bu barədə “Novosti Georgia”-ya istindən yazır.
Mayın 21-də Vandenbrouk növbəti reyslə Tbilisi hava limanından yola düşdüyü ölkəyə qaytarılıb. İmtinanın səbəbləri göstərilmir. Aİ nümayəndəliyi hələlik vəziyyətə münasibət bildirməyib.
Simon Vandenbroukke Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin (EEAS) bir hissəsi olan Aİ-nin Gürcüstandakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsində işləyir.
Onun vəzifələrinə yardım proqramlarının əlaqələndirilməsi, Assosiasiya Sazişinin həyata keçirilməsi və Aİ ilə Gürcüstan arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi daxildir.
Bu hadisə Avropada hakim “Gürcü Arzusu” Partiyasını tənqid edənlər arasında kəskin reaksiyaya səbəb olub.
Litvalı Avropa Parlamentinin deputatı Rasa Juknevičiene bildirib ki, Gürcüstan hökumətinin hərəkətləri Aleksandr Lukaşenkonun siyasətinə yaxınlaşır.
Xəzər
“Cebheinfo.az”
Baxış sayı:50
Bu xəbər 23 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















