Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Bakıda və bölgələrdə işıq sönəcək

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

Avropa İttifaqı Gürcüstana niyə təzyiq edir? (ŞƏRH)

Avropa İttifaqı Gürcüstana niyə təzyiq edir? (ŞƏRH)

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Tiflislə Avropa İttifaqı arasında qarşıdurma heç bir tərəfə uğur vəd etmir. Bu məsələdə vəziyyət bəllidir. Gürcüstan Avropa İttifaqına üzv olmağa hazırlaşdığını elan etmişdi. Aİ bu fonda müəyyən şərtlər irəli sürdü. Lakin rəsmi Tiflis isə hesab  edir ki, bu şərtlər Gürcüstanın suverenliyinə xələl gətirir. Ona görə də həmin şərtləri yerinə yetirməkdən imtina edir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Gürcüstanla Avropa İttifaqı arasında yenidən baş qaldıran qarşıdurmanın nə vəd edəcəyini şərh edərkən deyib.

Politoloq vurğulayıb ki, Aİ belə olan halda Tiflisi quruma qəbul etməyəcəyini bildirib:

"Bu əsasda da Aİ ilə Gürcüstanın "Gürcü Arzusu" hökuməti arasında müəyyən söz atışmaları baş verir".

Ekspert qeyd edib ki, məsələyə beynəlxalq hüquq baxımından yanaşsaq, Aİ-nin heç bir dövlətin milli maraqlarını nəzərə almadan öz iradəsini sırımağa çalışdığını görürük:

"Tiflisə Rusiyaya qarşı sanksiyalara qoşulmaq sərf etmir. Gürcüstanın bu sanksiyalara qoşulması ilə Rusiya Ukraynadan geri çəkilən deyil. Qərbin  sanksiyalarını nəzərə almayan, Moskva məgər Tiflisin sanksiyalarını nəzərə alacaq?".

Politoloqun fikrincə, Gürcüstan üçün Rusiya sanksiyalarına qoşulmaq ölkə iqtisadiyyatına ciddi ziyan vura bilər:

"Ona görə də Tiflis bu sanksiyalara qoşulmur. Amma bu  münasibətlər siyasi müstəvidə soyuq olsa da, iqtisadi müstəvidə Gürcüstan üçün qonşu Rusiya ilə əlaqələr xeyli vacibdir. Rəsmi Tiflisin mövqeyi gürcü xalqının mənafeyinə uyğundur. Gürcüstana xeyli rus turisti gəlir, Rusiya ilə onun ticarət əlaqələri də genişdir. Rusiya ilə düşmənçilik Gürcüstanın maraqlarına cavab vermir. Aİ isə istəyir ki, Tiflis onun ümumi siyasətinə tabe olsun".


ReAL Partiyasının sədri Natiq Cəfərli də bildirir ki, Aİ-nin Gürcüstana qarşı atdığı addımlar ədalətsizdir: 

"Gürcüstanda seçki institutları, demokratik təsisatlar, media var, müxalifət yerli özünüidarəetmə institutlarında təmsil olunub. Habelə, ölkə parlamentində müxalifətin böyük  bir qrupu var. Onlar isə mənasızcasına parlamentin işini boykot ediblər. Yəni demokratik təsisatların olması fonunda Aİ-nin Gürcüstana münasibətində anormal sərtlik göstərməsi başa düşülən deyil. Aİ-nin Tiflisə sərt münasibətinin  rassional izahı yoxdur. Digər tərəfdən,  Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edən Aİ bunun müqabilində Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsini qarşılamalıdır. Amma bunu edə bilmir və ya etmək istəmir".

Qeyd edək ki, Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında gərginlik daha da artmaqda davam edir. Gərginlik təkcə diplomatik ritorika səviyyəsində qalmır, siyasi, iqtisadi və institusional müstəvilərdə də özünü göstərir. Görünən odur ki, Gürcüstan-Aİ münasibətləri qarşılıqlı gözləntilər dövründən fərqli, yeni mərhələyə qədəm qoyub. Bir neçə gün əvvəl Gürcüstan Baş naziri İrakli Kobaxidze Aİ-nin Tiflis hökumətinə münasibətini tənqid edib. Baş nazirin sözlərinə görə, Aİ artıq Gürcüstandan açıq şəkildə Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir:

"Bu, bizim əvvəllər danışdığımız bütün məsələlərin tam təsdiqidir. Avropa bürokratiyası artıq açıq şəkildə sanksiyalara qoşulmağı tələb edir, əvvəl buna maksimum ehtiyatla yanaşırdılar, sonra Avropa Parlamentinin qətnaməsində bunu bəyan etdilər, indi isə icraedici qurum (Avropa Komissiyası) da sanksiyalara qoşulmağı tələb edir".

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, onlar Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləyirlər. Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkəni Aİ-yə doğru olmayan yanlış istiqamətdə aparır. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see265

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see263

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see246

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see238

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see233

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see230

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see229

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see228

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see226

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see223

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see206

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see205

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see204

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see203

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see198

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see197

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see188

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see175

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see169

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri