Icma.az
close
up
RU
Aİ hibrid hücumlardan qorunmaq üçün Demokratiya qalxanı nı elan edib

Aİ hibrid hücumlardan qorunmaq üçün Demokratiya qalxanı nı elan edib

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Komissiyası "Demokratiya qalxanı" adlı yeni təşəbbüsünü təqdim edib.

"Report"un Avropa Bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Henna Virkunen və ədliyyə məsələləri üzrə komissar Maykl Makqrat Avropa Komissiyasının Kollegiya iclasından sonra Brüsseldə keçirilən mətbuat konfransında bildiriblər.

Təşəbbüs Avropa İttifaqı məkanında və onun hüdudlarından kənarda dezinformasiya, saxta xəbərlər və seçki proseslərinə müdaxilə kimi hibrid təhdidlərə qarşı mübarizəyə yönəlib.

Təşəbbüsün əsas elementi Maykl Makqratın rəhbərlik edəcəyi Avropa Demokratik Davamlılıq Mərkəzinin yaradılması olacaq. Mərkəz dezinformasiya ilə bağlı onlayn kampaniyalara qarşı mübarizəyə yönələcək və onların təsirinə qarşı xüsusi metodlardan və müxtəlif alətlərdən istifadə edəcək.

"Yeni mərkəzə əsas məsuliyyəti mən daşıyacağam, komandam və bütün strukturlardakı həmkarlarımla birlikdə onu mümkün qədər tez işə salmağa çalışacağam", - deyə Makqrat jurnalistlərə deyib. O vurğulayıb ki, mərkəz Aİ-yə üzvlüyə namizəd ölkələr də daxil olmaqla qonşu dövlətlərlə və regiondan kənar tərəfdaşlarla əməkdaşlığa açıq olacaq.

"Demokratiya qalxanı" təşəbbüsü çərçivəsində digər tədbirlər də nəzərdə tutulur. Bunlara Aİ-nin Rəqəmsal Xidmətlər Aktına (DSA) uyğun olaraq rəqəmsal xidmətlər üzrə milli koordinatorlar üçün yeni alətlər toplusu, genişmiqyaslı dezinformasiya kampaniyalarına cavab vermək üçün yeni DSA böhran protokolu, eləcə də seçki proseslərində süni intellektin məsuliyyətli istifadəsinə dair təlimatların hazırlanması daxildir.

"Biz sürətli geosiyasi və texnoloji dəyişikliklər dövründə yaşayırıq. Demokratiya ciddi təzyiqlərlə üzləşir, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra. Rusiya hibrid hücumlar həyata keçirir, informasiyanı manipulyasiya edir və digər müdaxilə formalarından istifadə edir", - Virkunen qeyd edib.

Onun sözlərinə görə, "Demokratiya qalxanı"nın məqsədi demokratik institutlara ictimai etimadı gücləndirməkdir və təşəbbüsün həyata keçirilməsi üçün Avropa İttifaqının maliyyə alətləri səfərbər olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Noyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri