Aİ İrana qarşı sanksiyaları genişləndirdi
Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın Rusiyaya hərbi yardım göstərdiyinə görə, Avropa İttifaqı Tehrana qarşı yeni sanksiyalar tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytında məlumat yayılıb.
“Bugünkü qərara əsasən, raketlərin və pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalı üçün istifadə olunan komponentlərin İrana ixracı, tədarükü, ötürülməsi və satışı qadağandır”, - sənəddə deyilir.
Qeyd edək ki, İranın ən böyük gəmiçilik şirkəti “The Islamic Republic of Iran Shipping Line Group”, eləcə də “Against BTS-Broker” və “Agarax” şirkətinin direktoru “İran silahlarının və döyüş sursatı daşınmasına” görə Aİ-nin “qara siyahısı”na daxil edilib.
Adəm Abbaslı
Baxış sayı:43
Bu xəbər 18 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















