Icma.az
close
up
RU
İCRA HAKİMİYYƏTLƏRİNDƏ HƏBS DALĞASI BAŞLAYA BİLƏR? Milyonlarla manatlıq pozuntular və... + AÇIQLAMA

İCRA HAKİMİYYƏTLƏRİNDƏ HƏBS DALĞASI BAŞLAYA BİLƏR? Milyonlarla manatlıq pozuntular və... + AÇIQLAMA

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 "Aşkarlanan pozuntular cinayət işinin başlanması üçün kifayət edir"

Azərbaycanda yolların əsaslı təmirinə ayrılan milyonlarla manat dövlət vəsaitinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verilib.

"AzPolitika"nın bir neçə gün öncə Hesablama Palatasına istinadla yayımladığı məqalədə 14 yerli icra hakimiyyəti orqanında apardığı analitik təhlil nəticəsində işlərin həcmi və dəyərinin süni şəkildə artırıldığı, satınalma prosedurlarının formal xarakter daşıdığı, sənədlərin faktiki vəziyyəti əks etdirmədiyi və dövlət vəsaiti hesabına yaradılan yol aktivlərinin mühasibat uçotundan kənarda qaldığı üzə çıxıb.

Belə ki, Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayonlarında, eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhərlərində 2024–2025-ci illərdə yolların əsaslı təmirinə ayrılan dövlət vəsaitlərinin xərclənməsi araşdırılıb. Yoxlamalar nəticəsində 14 yerli icra hakimiyyəti orqanı üzrə ümumilikdə 1 milyon 78 min 610,9 manatlıq işin həcmi və dəyərinin süni şəkildə artırılaraq podratçılara artıq ödəniş edildiyi müəyyənləşdirilib. 

Həmin vəsait isə dövlət büdcəsinə tam bərpa etdirilib. Bununla yanaşı, altı yerli icra hakimiyyəti orqanında ümumi dəyəri 6 milyon 291 min 235,7 manat olan təmir işlərinin satınalma müqaviləsi bağlandıqdan cəmi 1–2 gün sonra, bəzi hallarda isə dörd gün ərzində başa çatdırıldığına dair aktlar rəsmiləşdirilib. Bu hallar işlərə satınalma prosedurlarından əvvəl başlanılması və tenderlərin formal xarakter daşıması ilə bağlı ciddi suallar yaradıb.

Hesabatda söküntü zamanı əldə edilən qiymətli tikinti materiallarının mədaxil edilməməsi, daşınma xərclərinin qanunsuz olaraq smetalara daxil edilməsi, podratçıların müqavilə öhdəliklərini pozmasına baxmayaraq, cərimə mexanizmlərinin tətbiq edilməməsi kimi pozuntular da əksini tapıb. Bundan başqa, dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş, ümumi dəyəri 23 milyon 977 min 875,5 manat olan yol aktivləri mühasibat uçotunda qeydə alınmayıb. Qısacası, Hesablama Palatasının təhlili dövlət vəsaitlərinin xərclənməsi, satınalma prosedurları və maliyyə hesabatlılığı ilə bağlı ciddi nöqsanları üzə çıxarıb.

Bəs maraqlıdır, bu pozuntuların aşkarlanmasından sonra məsul şəxslər barəsində hansı tədbirlər görülə bilər? Həmçinin Hesablama Palatasının müəyyən etdiyi faktlar cinayət işinin başlanması üçün kifayət qədər əsas yaradırmı?


Bu barədə hüquqşünas Əkrəm Həsənov “AzPolitika”ya şərhində bildirib ki, aşkarlanan pozuntular cinayət işinin başlanması üçün kifayət edir.

Onun fikrincə, Palata müəyyən etdiyi faktlarla bağlı prokurorluğa müraciət etməli, müvafiq hüquq-mühafizə orqanları isə həmin hallara hüquqi qiymət verməlidir: “Bəli, mən hesab edirəm ki, bu pozuntular cinayət işinin başlanması üçün kifayətdir. Hesablama Palatası prokurorluğa müraciət etməlidir və prokurorluq da cinayət işinin başlanması məsələsini həll etməlidir. Burada söhbət dövlət vəsaitinin xərclənməsi zamanı aşkarlanmış ciddi pozuntulardan gedir. Belə faktlar müəyyən edilibsə, onların hüquqi baxımdan araşdırılması vacibdir”.

Əkrəm Həsənov qeyd edir ki, aşkarlanan faktlarla bağlı hansı tədbirlərin görüldüyü ictimaiyyətə açıqlanmalıdır: “Həmişə ictimaiyyətə Hesablama Palatasının bu və ya digər pozuntunu aşkarlaması barədə məlumatlar verilir. Palatanın yoxlamalarının nəticələri açıqlanır, maliyyə pozuntularından danışılır. Amma bundan sonra nə baş verdiyi, həmin faktlarla bağlı hansı tədbirlərin görüldüyü çox vaxt ictimaiyyətə məlum olmur”.

Hüquqşünas xatırladıb ki, bəzən bundan xeyli aşağı məbləğli pozuntularla bağlı belə cinayət işləri açılıb: “Ona görə də bu məsələdə aydınlıq olmalıdır. Palata belə nəticəyə gəlibsə, deməli, ortada araşdırılmalı hallar var. Həmin faktlar hüquqi baxımdan qiymətləndirilməli və nəticəsi barədə ictimaiyyətə məlumat verilməlidir”.

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Oktyabr 2026 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri