Aİ komissarı: Rusiya gələn il Ukraynaya 20 milyon dron buraxmağı planlaşdırır
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı mübarizə aparmaq üçün 2027-ci ildə Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək.
“Unian” xəbər verir ki, bu barədə Avropa İttifaqının müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius Brüsseldə keçirdiyi brifinqdə bildirib.
O deyib ki, Rusiyanın bu il təxminən 10 milyon, gələn il isə 20 milyon drondan istifadə edəcəyi proqnozlaşdırılır.
Avrokomissarın sözlərinə görə, Aİ-nin dəstəyi ilə Ukrayna öz dronlarının sayını Rusiya ilə bərabərləşdirməlidir. Bu məqsədlə Ukraynanın ehtiyac duyduğu silahların istehsalı artırılmalıdır.
Kubilius qeyd edib ki, Avropa Komissiyası Ukraynaya kredit dəstəyi paketini gücləndirmək üçün əlavə 45 milyard avro maliyyə alətinin cəlb edilməsini təklif edib. Bu məbləğin 25 milyard avrosu 2027-ci ildə Ukraynanın müdafiə ehtiyaclarına yönəldiləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 18 Noyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















