Icma.az
close
up
RU
Aİ Mərkəzi Asiya ölkələri nazirlərinin görüşündə Orta dəhlizin genişləndirilməsi müzakirə olunub

Aİ Mərkəzi Asiya ölkələri nazirlərinin görüşündə Orta dəhlizin genişləndirilməsi müzakirə olunub

Icma.az bildirir, Milli.az portalına istinadən.

Tacikistan, Türkmənisan və Özbəkistanın Xarici işlər nazirləri, həmçinin Qazaxıstan və Qırğızıstanın XİN müavinləri martın 27-də Aşqabadda keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya ölkələri nazirlərinin 20-ci görüşü çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi ilə müzakirələr aparıblar.

Trend xəbər verir ki, nazirlər 2024-cü ilin yanvar ayında Brüsseldə keçirilən İnvestorlar Forumunun uğurunu qeyd ediblər və Avropa və beynəlxalq maliyyə institutlarının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) 10 milyard avro həcmində investisiya qoymaq öhdəlklərini alqışlayıblar. Onlar Mərkəzi Asiya ilə Avropa arasında kommunikasiyanın yaxşılaşmasında, eynilə regionda iqtisadi inkişafın stimullaşdırılmasında bu dəhlizin vacibliyini vurğulayıblar.

Görüş iştirakçıları, həmçinin 2024-cü ilin iyun ayında Orta Dəhliz üçün əlaqələndirmə platformasının işə salınmasının təşkilində Qazaxıstanın və 2024-cü ilin oktyabr ayında yüksək səviyyəli tədbirin keçirilməsində Türkmənistanın rolunu vurğulayıblar. Onlar eyni zamanda regional ticarətin və logistikanın inkişafı üçün Cənubi Qafqaz ilə əməkdaşlığın vacibliyini təsdiqləyiblər.

Bundan başqa, görüşdə Aİ və Mərkəzi Asiya arasında münasibətlərdə ən vacib xammal resurslarına artan diqqət müzakirə edilib. Nazirlər Aİ ilə Qazaxıstan və Aİ ilə Özbəkistan arasında strateji tərəfdaşlığa dəstəklərini ifadə ediblər. Bu tərəfdaşlıq yerli istehsal-paylama zəncirlərinin gücləndirilməsinə, beynəlxalq standartlara uyğunluğa və dayanıqlı investisiyaların dəstəklənməsinə yönəlib.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Mart 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri