Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Aİ nin ABŞ la sövdələşməsi tariflərlə bağlı ziddiyyətlərə son qoyacaqmı?

Aİ nin ABŞ la sövdələşməsi tariflərlə bağlı ziddiyyətlərə son qoyacaqmı?

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Budapeşt, 4 sentyabr, AZƏRTAC

Avropanın ABŞ tariflərini qəbul etmək qərarı, həmçinin Yaşıl Sövdələşmənin əsas elementlərini aşındırmaq baxımından strateji səbir deyil, strateji uyğunsuzluq deməkdir. Belə görünürdü ki, Brüssel dağıdıcı ticarət müharibəsindən məharətlə qaçıb və sənayesi üçün nəfəs alacaq fasilə qazanıb. Lakin qarşılıqlı, ədalətli və balanslaşdırılmış ticarət haqqında Çərçivə Sazişi həqiqətin harada olduğunu açıq şəkildə göstərir.

AZƏRTAC xəbər verir ki, kağız üzərində bu saziş Trans-Atlantik ticarətdə tarazlığın vicdanla bərpası kimi görünür. Reallıqda biz eyni köhnə hekayəni görürük: Avropa güzəştə gedir, Vaşinqton ölümünə mübarizə aparır və Aİ-nin uzunmüddətli rəqabət qabiliyyəti qısamüddətli sükutla mübadilə edilir.

Razılaşmanın şərtlərinə görə, ABŞ əsas Avropa ixracatına 15 faizlik tarifləri saxlayır. Avropa ABŞ-ın sənaye mallarına rüsumları ləğv edəcəyini, Amerikanın aqrar biznes və dəniz məhsulları üçün qapıları daha da geniş açacağını vəd edir. Bundan əlavə, Brüssel 2028-ci ilə qədər ABŞ iqtisadiyyatına əlavə olaraq 600 milyard dollar vəsait qoymağı öhdəsinə götürür.

Söhbət Avropanın sənaye bazasının gücləndirilməsi ilə bağlı deyil, Atlantikanın o biri tərəfində sürətlənmiş yenidən sənayeləşmə riskindən gedir. Bu, məhz Aİ təmiz texnologiyalar və rəqəmsal sahədə öz geriliyini etiraf etməyə başlayanda baş verir. Ən aktual məsələ enerjidir. Aİ 2028-ci ilə qədər ABŞ-dan 750 milyard dollarlıq LNG, neft və nüvə yanacağı, əlavə olaraq 40 milyard dollarlıq süni intellekt mikroçipləri almağı öhdəsinə götürüb. Bərpaolunan mənbələr artıq istehsal rekordlarını qırsa da, Avropa qazıntı yanacağının tədarük zəncirlərinə daha dərindən nüfuz edir. Qasırğalardan asılı olan bahalı və qeyri-sabit LNG-ni “davamlılıq” adlandırmaq absurddur. Bu, Avropanı qlobal qazıntı yanacağı bazarının girovuna çevirir və geriyə doğru bir addımdır.

Bu da hələ hamısı deyil. Müqaviləyə əsasən, Aİ ətraf mühit və iqlim qaydalarına əməl etməyə borcludur. EUDR, Korporativ Davamlılıq Direktivi (CSDDD), Karbon Sərhəd Ödənişi (CBAM) və yeni Korporativ Hesabat Standartları (CSRD) kimi təşəbbüslərin bütövlüyü risk altındadır. Bu qaydaların zəiflədilməsi Avropanın iqlim lideri kimi imicinə xələl gətirir və yaşıl iqtisadiyyat əsasında rəqabətqabiliyyətlilik yaratmaq ambisiyasını sarsıdır. Avropa Komissiyası bunu “sadələşdirmə və uyğunlaşdırma” adlandıra bilər, lakin reallıqda bizi narahatlıq doğuran bir perspektiv gözləyir: Aİ-nin iqlim siyasətində liderliyi və Paris Sazişini, habelə ətraf mühitlə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirmək qabiliyyətinə əsaslanan qanunvericilik sütunlarının tədricən çökməsi baş verir.

Eyni məntiq elektrik enerjisi bazarına da aiddir. Qaz qiymətlərinin dalğalanması ehtimalı qalır. Aİ-nin ticarət strategiyası da uzunmüddətli zəiflikləri davam etdirən qısamüddətli kompromislərdən eyni dərəcədə asılıdır. Sabit tariflər təbii olaraq qəbul edilir, mədən yanacağından asılılıq dərinləşir və ekoloji standartlar pozulur. Bu balans deyil, əsl xaosdur.

Davamlı maliyyə sahəsində də oxşar səhvlərə yol verilir. Aİ qlobal səviyyədə tanınmış çərçivəyə (ISSB) uyğunlaşdırmaq əvəzinə, hələ də öz hesabat standartlarını (ESRS) həyata keçirir. Nəticədə, xərclər artır, bazar parçalanır və Avropanın təsiri zəifləyir. Hətta Avropa tənzimləyiciləri xəbərdarlıq edirlər ki, ISSB-dən kənara çıxmaq məlumatların keyfiyyətini pozacaq və İttifaqın özündə qeyri-bərabər oyun sahəsi yaradacaq.

Avropa hər iki dünyanın ən pis vəziyyətinə düşmək riski altındadır: inadla “öz” standartlarında israr edir, lakin ABŞ-ın təzyiqi altında onları arxa plana keçirir.

Alternativ aydındır. Ticarət Avropanın rəqabət qabiliyyətini zəiflətməməli, onu gücləndirməlidir. Enerji suverenliyi LNG müqavilələri üzərində deyil, bərpaolunan mənbələr və transsərhəd şəbəkələr üzərində qurulmalıdır. Davamlılıq hesabatı parçalanma yolu ilə deyil, beynəlxalq standartlara yaxınlaşma yolu ilə qlobal təsir mənbəyi olmalıdır. Ticarət, sənaye və iqlim siyasəti, öz növbəsində, vahid strategiya təşkil etməlidir, onlar bir-birinə zidd olmamalıdır.

Bu gün Avropa yeni tarif müharibəsindən yayındığına görə özünü tərifləyir. Lakin münaqişədən qaçmaq strategiya deyil.

Getdikcə parçalanan dünyada qazıntı yanacaqlarından asılılıq və zəifləmiş davamlılıq qaydaları rəqabətqabiliyyətlilik üçün möhkəm zəmin yaratmayacaq. Bunu yalnız ahəngdar iqlim, ticarət və sənaye siyasəti təmin edə bilər.

Bu sövdələşmə həyəcan siqnalı verməlidir: Avropa öz gələcəyi bahasına rifahı təmin etməyə davam edə bilməz.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri