Aİ nin baş diplomatı Hörmüz boğazı ilə bağlı təşəbbüslə çıxış edib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 16 mart, AZƏRTAC
Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bazar ertəsi günü yeni təkliflə çıxış edib. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatı ilə müharibə dövründə Ukraynadan taxılı çıxaran razılaşmanı təkrarlamaq yolu ilə Hörmüz boğazından neft və qazın daşınmasını təmin etməyin müzakirəsi mümkündür.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin görüşündə çıxış edən Kallas BMT-nin Baş katibi Antonio Quterreş ilə İran müharibəsi səbəbindən hazırda bağlanmış boğazın açılması ideyası barədə danışdığını bildirib. O deyib: “Antonio Quterreş ilə Qara Dəniz Təşəbbüsü ilə etdiyimiz kimi, eyni fəaliyyətin mümkün olub-olmadığı barədə danışıqlar apardım”.
ABŞ-İsrailin İranla müharibəsi fonunda artıq üçüncü həftədir ki, Hörmüz boğazı faktiki olaraq bağlanıb. İran qüvvələri İran və Oman arasındakı dar kanalda gəmilərə hücum edərək qlobal neft tədarükünün beşdəbirini dayandırıb və bu, indiyə qədər olan ən böyük fasilədir.
Kallas boğazın bağlanmasının Asiyaya enerji təchizatı üçün “həqiqətən təhlükəli” olduğunu, eyni zamanda gübrə istehsalına da problem yaratdığını qeyd edib. “Bu il gübrə çatışmazlığı olarsa, gələn il də qida problemləri olacaq”, deyə Aİ-nin xarici siyasət rəhbəri vurğulayıb.
Kallas nazirlərin hazırda Qırmızı dənizdəki gəmiləri Yəmənin Husi dəstələrindən qorumağa yönəlmiş Aİ-nin kiçik Yaxın Şərq dəniz missiyası olan “Aspides”in mandatını dəyişdirməyin mümkün olub-olmadığını da müzakirə edəcəklərini deyib. “Hörmüz boğazını açıq saxlamaq bizim marağımızdadır və buna görə də Avropa tərəfindən bu mövzuda nə edə biləcəyimizi müzakirə edirik”, -deyə o bildirib.
Almaniyanın xarici işlər naziri Yohann Vadefulun “Aspides”in Hörmüz boğazında faydalı olub-olmaması ilə bağlı ifadə etdiyi şübhə ilə bağlı suala Kallas belə cavab verib: “Əlbəttə ki, üzv dövlətləri də cəlb etməliyik. Əgər üzv dövlətlər bizim bununla bağlı heç nə etmədiyimizi desələr, sözsüz ki, bu, onların qərarıdır, amma biz Hörmüz boğazının açıq qalmasına necə kömək edəcəyimizi müzakirə etməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 16 Mart 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















