SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran Silahlı Qüvvələrinin bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.
Bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Hüseyn Möhibi bildirib ki, Hörmüz boğazının cənub marşrutlarından istifadə təhlükəlidir, çünki həmin ərazinin sularında minalar yerləşdirilib: "Hörmüz boğazının cənubundakı marşrut minalanıb. Bu istiqamətdə hərəkət etmək sərmayələrinizin məhv olmasına aparan yoldur. ABŞ-ın sizi aldatmasına imkan verməyin".
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan əsas dəniz keçidlərindən biridir. Bu ərazidə təhlükəsizliklə bağlı istənilən gərginlik qlobal neft və qaz bazarlarına təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 22 İyul 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















