Icma.az
close
up
RU
Aİ nin mülki missiyası böyük planın tərkib hissəsidir Deputat

Aİ nin mülki missiyası böyük planın tərkib hissəsidir Deputat

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ermənistan ordusunun sürətlə silahlandırılması, şərti sərhəddə hücum və müdafiə məqsədilə xüsusi qurğuların yerləşdirilməsi onu deməyə əsas verir ki, mandatı daha iki il uzadılmış Avropa İttifaqının (Aİ) "mülki missiyası" böyük planın tərkib hissəsidir".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, missiyanın tərkibində Kanada kimi ölkənin olması böyük suallar doğurur:

"Müşahidə missiyasının mandatı Azərbaycanla 2 aylıq razılaşdırılmışdı. Əfsus ki, rəsmi Bakının razılığı olmadan bu müddət 2027-ci ilə qədər uzadıldı. Onlar təyinatı üzrə fəaliyyət göstərmirlər. Missiyanın tərkibində keçmiş hərbçilər və kəşfiyyatçılar var. Sözügedən qrupun fəaliyyəti Ermənistan ordusunun gücləndirilməsində və formalaşdırılmasında xüsusi rol oynamaqla yanaşı, həmçinin təxribatlara hazırlıq üçün təlimatları yerinə yetirən missiya kimi qiymətləndirilməlidir. Onlar Aİ-nin missiyasıdırsa, Kanadanın orada nə işi var!? Bəlkə niyyətləri yaxın gələcəkdə NATO qüvvələrinin Ermənistanda yerləşdirilməsidir? Suallar çoxdur. Rəsmi İrəvan sülhün, Cənubi Qafqazda sabitliyin əldə olunmasına xələl gətirir. Onlar Vətən müharibəsini və 2023-cü il antiterror əməliyyatlarının nəticələrini unutmamalıdırlar. Bizimlə güc dili ilə danışmağın mənası yoxdur. Rəsmi İrəvana verilən silahlar Azərbaycana qarşı istifadə olunarsa, bu, erməni tərəfi üçün baha başa gələcək".

Deputat qeyd edib ki, rəsmi İrəvanın səylərinə və təxribatlarına baxmayaraq, qərbi azərbaycanlılar da öz torpaqlarına qayıdacaqlar:

"Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtması üçün beynəlxalq təşkilatlar qarşısında tələblər qaldırılıb. Hər hansı ölkəyə qarşı ərazi iddiamız yoxdur. Məsələyə insan hüquqları çərçivəsindən yanaşmalıyıq. Nəyin bahasına olursa-olsun, istəyimizə nail olacağıq. Erməni tərəfi bizim şərtlərimizlə razılaşmalıdır. Bundan başqa, Zəngəzur dəhlizinin açılması da Ermənistan üçün nəfəslik olacaq. Onlar hazırda Rusiya iqtisadiyyatından asılıdırlar. Ancaq rəsmi Moskvaya qarşı sanksiyalar yumşaldıldıqdan, daxili bazar güclənəndikdən sonra, İrəvanın proseslərdə rolu azalacaq. Qarşı tərəf vəziyyəti düzgün qiymətləndirməli, Azərbaycanın tələblərini yerinə yetirməli və ölkəmizlə sülh imzalamalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Fevral 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri