Icma.az
close
up
RU
Aİ nin mülki missiyası sabotaj missiyası rolunda çıxış edir

Aİ nin mülki missiyası sabotaj missiyası rolunda çıxış edir

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanla Ermənistan arasında müzakirəsi davam etdirilən sülh sazişi layihəsində razılaşdırılmamış iki maddədən birinin məhz sərhəddəki üçüncü qüvvələrlə bağlı olduğu hər kəsə məlumdur. İndiki məqamda isə həmin "üçüncü qüvvə" rolunda çıxış edən əsas tərəf isə Avropa İttifaqının (Aİ) Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistana aid hissəsində fəaliyyət göstərən dırnaqarası "mülki" müşahidə missiyasıdır.

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.

O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxış və müsahibələrində dəfələrlə bildirib ki, Aİ-nin sözügedən yarımhərbi müşahidəçiləri sərhəd bölgəsindən çıxarılmalıdır. Lakin əfsuslar olsun ki, həm Brüssel, həm də İrəvan Ermənistan üçün "təhlükəsizlik çətiri" kimi nəzərdə tutulan Aİ missiyasının müddətinin uzadılması xəttini seçdilər:

"Avropa İttifaqı ölkələrinin səfirlərinin ötən gün Brüsseldə keçirilən toplantısında qurumun Ermənistandakı müşahidəçi missiyasının müddətinin uzadılmasına qərar verilib. Missiyanın daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsi təsdiq edilib. Bununla bağlı yayılan rəsmi açıqlamada bildirilir ki, missiyanın müşahidə zonası Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanacaq. Bu da o deməkdir ki, Aİ-nin casus missiyasının tez-tez durbinlərlə müşahidə etdiyi sərhədlərimiz boyunca Ermənistan ordusunun təxribatları bundan sonra da davam edəcək. Deməli, qarşıdakı iki il ərzində yekun sülh sazişinin imzalanması da yenə də ləngidiləcək və sabotaj ediləcək".

Onun sözlərinə görə, Aİ-nin mülki missiyası sülhyaratma missiyası deyil, sabotaj missiyası rolunda çıxış edir. Bu baxımdan, Aİ missiyasının fəaliyyət müddətinin daha 2 il uzadılması sözsüz ki, Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərəcək və sülh danışıqlarını tormozlayacaq. Sülh danışıqları süründürməçi prosesə çevriləcək. Rəsmi İrəvan buna getməməliydi. Çünki regionda kənar oyunçuların mövcudluğu sülhə yox, eskalasiyaya zəmin yaradır. Ermənistan rəhbərliyi Aİ-nin qeyri-qanuni missiyasını prosesə cəlb etmək əvəzinə, Azərbaycanla birbaşa danışıqlar prosesinə üstünlük verməli, ikitərəfli format üçün etimad mühiti yaratmalıdır:
"Üçüncü tərəflərin sülh prosesinə fayda verməyəcəyi artıq tam bəllidir. Ona görə də rəsmi Bakı haqlı olaraq Aİ missiyasının müddətinin uzadılmasını qəbuledilməz hesab edir. Ermənistan Brüsselin bu qərarına "yox!" deməməklə sülh prosesinə növbəti dəfə ağır zərbə vurdu. Bu səhvin bədəlini də Ermənistan özü ödəyəcək".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Yanvar 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri