Icma.az
close
up
RU
Aİ rəhbərliyi xanım Kallasın timsalında fərqindədir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni aparıcı oyunçulardan biridir RƏY

Aİ rəhbərliyi xanım Kallasın timsalında fərqindədir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni aparıcı oyunçulardan biridir RƏY

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

"Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri bir sıra həqiqətləri üzə çıxartdı. Birincisi, məlum oldu ki, Cənubi Qafqaz regionunda, bütövlükdə beynəlxalq müstəvidə Azərbaycanın yerini və rolunu Avropa İttifaqının yeni rəhbərliyi yüksək qiymətləndirir. Onların bu istiqamətdə formalaşmış baxışları və stereotipləri artıq dəyişməyə başlayıb. Aİ rəhbərliyi xanım Kallasın timsalında fərqindədir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni aparıcı oyunçulardan, enerji mənbələrindən biridir".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Aİ-nin enerji təhlükəsizliyi siyasətinin əsas mahiyyətini enerji mənbələrinin şaxələndirilməsi siyasəti təşkil edir: "Bu baxımdan Azərbaycan Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, bu gün ayrı-ayrı dövlətlərin milli təhlükəsizliyində enerji təhlükəsizliyi xüsusi çəkiyə malikdir. Şübhəsiz ki, bu faktor da xüsusi önəm kəsb edir. Həm də xanım Kallas fərqindədir ki, Azərbaycan bu gün Avropa İttifaqının on dövlətinin enerji təminatında xüsusi rol oynayır. Onlarla strateji tərəfdaşlıq sənədləri imzalayıb, 2027-ci ilə qədər Aİ ölkələrinə 20 milyard kubmetr qaz satmaq öhdəliyini üzərinə götürüb. Bu istiqamət üzrə əməli addımlar atılmaqdadır. Avropa İttifaqı bunun da fərqindədir ki, Azərbaycanla münasibətlərin səviyyəsini müəyyən edərkən onun yerləşdiyi coğrafiyaya da diqqət yetirmək lazımdır. Belə mürəkkəb coğrafiyada Azərbaycan müstəqil, milli maraqlara söykənən siyasət həyata keçirir, özünə münasibətdə analoji yanaşma tələb edir. Bizim siyasətimiz əməkdaşlığa, tərəfdaşlığa söykənir. Heç bir halda üçüncü tərəfi hədəf almayıb. Bu gün Azərbaycanın Rusiya, ABŞ ilə münasibətlərinə baxsaq, eyni qənaətə gəlmək olar. Eyni yanaşma Brüsselə münasibətdə də özünü təsdiqləyir. Ən sevindirici hal budur ki, Avropa İttifaqı onun rəhbərliyi və Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin timsalında Azərbaycanın regional və beynəlxalq səviyyədə oynadığı mühüm rolu dəyərləndirir, yüksək qiymətləndirir. Bu məntiqlə ölkəmizə münasibətlərin gələcək taleyini müəyyən etməyə başlayıblar".

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 Aprel 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see185

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see132

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see118

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see114

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see112

Çaylarda su səviyyəsi bu qədər qalxdı

08 İyun 2025 11:06see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI

08 İyun 2025 07:31see111

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri