Icma.az
close
up
RU
“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır” Fərid Şahbazlı

“Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır” Fərid Şahbazlı

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu səfər Azərbaycan-Almaniya münasibətlərinin yeni mərhələyə qədəm qoymasına və ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsi üçün yeni imkanların açılmasına mühüm töhfə verəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sahəsində strateji tərəfdaşlığın inkişafı əsas müzakirə mövzularından biri olub: "Xüsusilə, Almaniyanın Azərbaycanın enerji sektorunda aparıcı tərəfdaşlardan biri kimi çıxış etməsi və bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımlar böyük əhəmiyyət daşıyır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu baxımdan, Almaniya ilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Bu faktı Almaniya Prezidenti özü də təsdiq etdi və Rusiya qazı ilə bağlı problem yaranarkən Azərbaycana verdiyi dəstəyə görə təşəkkür etdi", - deyə o əlavə edib.

Fərid Şahbazlı bildirib ki, səfər zamanı Cənub Qaz Dəhlizi və bərpaolunan enerji layihələri çərçivəsində tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin Almaniya şirkətlərinin Azərbaycanın yaşıl enerji və nəqliyyat sektoruna sərmayə yatırması üçün geniş imkanların olduğu vurğulanıb.

Bununla yanaşı, səfər çərçivəsində regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sülh prosesi və postmüharibə dövründə Qarabağın bərpası və yenidən qurulması kimi məsələlər müzakirə olunub: "Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Azərbaycan müharibədən sonra sülh gündəliyini təşviq edir və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün fəal diplomatik addımlar atır. Bu məsələ Almaniya Prezidenti ilə görüşdə də ciddi müzakirə olundu. Dövlətimizin başçısı ölkəmizin mövqeyini ifadə edərək bildirdi ki, Azərbaycan qalib dövlət kimi sülhə hazırdır, lakin bu sülh ədalətli və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Prezident İlham Əliyev real sülh üçün Ermənistanın atmalı olduğu addımları növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Qarabağın Azərbaycanın suveren ərazisi olması və rəsmi Berlinin buna dair mövqeyinin dəyişməz olduğunu ifadə etməsi isə Avropada ölkəmizə düşmən mövqedə olan dövlət və dairələrin planlarını növbəti dəfə suya düşürdü”, - deyə QHT sədri vurğulayıb.

Almaniyanın Avropa İttifaqının aparıcı ölkələrindən biri olduğunu qeyd edən siyasi şərhçi deyib: "Frank-Valter Ştaynmayerin Bakı səfəri və verdiyi mesajlar göstərir ki, Berlin Cənubi Qafqazda Azərbaycanın rolunu yüksək qiymətləndirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir. Xüsusilə, Almaniyanın Rusiya enerjisindən asılılığını azaltmaq strategiyası fonunda Azərbaycanla əməkdaşlıq ön plana çıxır. Bu səfər Almaniya-Azərbaycan strateji dialoqunun daha da genişləndirilməsi, yeni diplomatik və iqtisadi əməkdaşlıq formatlarının yaradılması baxımından mühüm nəticələrə səbəb olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Aprel 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri