Icma.az
close
up
RU
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mövqeyi güclənir

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mövqeyi güclənir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bu sahədə tərəfdaşlığa 24 ölkə və 52 qurum qoşulub

Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində nazirlərin iclaslarında 24 tərəfdaş ölkə, eləcə də 52 təşkilat və şirkət təmsil olunub. Toplantılarda Azərbaycan və Avropa İttifaqının (Aİ) enerji sahəsində strateji tərəfdaşlığa sadiqliyi bir daha vurğulanıb. 

Çıxışlarda bu tərəfdaşlığın sərfəli, sabit və etibarlı təbii qaz təchizatı ilə yanaşı, bərpa olunan enerji mənbələrinin təşviqi, enerji səmərəliliyinin artırılması, hidrogen istehsalı, metan emissiyalarının azaldılması, eləcə də ətraf mühitin mühafizəsini əhatə etdiyi bildirilib. Eyni zamanda, Cənub Qaz Dəhlizi Məşvərət Şurasında dəhlizin Azərbaycan qazını daha çox alıcıya etibarlı və rəqabətqabiliyyətli şəkildə çatdıran ötürücü sistem kimi mühüm rolu yüksək dəyərləndirilib. 

Prezident İlham Əliyev toplantıda çıxış edərək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səmərəli fəaliyyəti haqqında deyib: “Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də bizə daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı”.

Dövlətimizin başçısı fikirlərinin davamında bu gün heç vaxt görünmədiyi kimi, enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu,  sənaye təhlükəsizliyi missiyasının qarşısında isə sənayeni inkişaf etdirmək və neft-kimya məhsulları ehtiyatının yaradılması kimi vəzifələrin qoyulduğunu  xatırladıb,   Azərbaycanın isə bu gün xam neft, təbii qaz, neft, neft-kimya məhsulları və gübrələrin istehsalçısı və ixracatçısı kimi tanındığını diqqətə çatdırıb. 

Azərbaycan lideri çıxışında Dövlət Neft Şirkətinin respublika daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə bağlı fəaliyyət göstərdiyini,  Avropa Komissiyasının yüksək rütbəli nümayəndələrinin vurğuladıqları  kimi,  respublikamızın enerji sahəsində etibarlı tərəfdaşa çevrildiyini, hazırda isə Pan-Avropa qaz təchizatçısı olaraq nüfuz qazandığını bildirib. Ölkə rəhbəri daha sonra deyib: “Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir  və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”.

Yeri gəlmişkən, mühüm enerji layihəsi olan və Avropaya qaz nəqlini gerçəkləşdirən Cənub Qaz Dəhlizi təşəbbüsünün gerçəkləşməsi uzun və çətin bir proses olub. Belə ki, 2003-cü ildə onun iqtisadi cəhətdən səmərəsiz ola biləcəyi ilə bağlı ehtimallar, eləcə də xarici təzyiqlər və müxtəlif bürokratik maneələr 1997-ci ildə təməli qoyulan  bu dəhlizin reallaşmasının ləngiməsi ilə nəticələnib. Lakin Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı sayəsində bu maneələr aradan qaldırılıb və layihənin yeni inkişaf mərhələsi başlanıb.  Beləliklə, Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə Cənub Qaz Dəhlizinin dörd layihəsi – “Şahdəniz”, “Cənub Qafqaz Boru Kəməri”, TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı sərəncam imzalanıb. Məhz bundan sonra Cənub Qaz Dəhlizi tam gücü ilə işlək vəziyyətə gətirilib  və Azərbaycan qazının Avropaya çatdırılmasına başlanılıb.

2014-cü ildə layihənin daha sistemli və səmərəli idarə olunmasını gerçəkləşdirmək məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Bu qurum tərəfindən layihənin maliyyələşdirilməsi, idarə olunması və inkişaf etdirilməsi ilə bağlı mühüm funksiyalar yerinə yetirilməyə başlanıb. 2015-ci ildən etibarən isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarının keçirilməsi mütəmadi xarakter alıb. Bu görüşlər layihənin beynəlxalq səviyyədə əlaqələndirilməsini, tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsini və Cənub Qaz Dəhlizinin uzunmüddətli dayanıqlığının təmin edilməsini şərtləndirib. 

Bu gün Cənub Qaz Dəhlizi təkcə Azərbaycanda deyil, eyni zamanda, Avropada  enerji təhlükəsizliyinin əsas dayaqlarından biri kimi tanınır. Respublikamızın qətiyyətli siyasəti və uğurlu enerji strategiyası nəticəsində bu layihə tam gücü ilə işləyir, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin inkişafında və həyata keçirilməsində liderlik edib. Dövlətimizin başçısı dəfələrlə bu layihənin mühüm əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu bildirib.  

Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində nazirlərin iclaslarında artıq 4 ildir ki, uğurla fəaliyyət göstərən Cənub Qaz Dəhlizinin Aİ-nin enerji təchizatının şaxələndirilməsi siyasətinə verdiyi əhəmiyyətli töhfə xüsusi vurğulanıb. Azərbaycanın, o cümlədən Dövlət Neft Şirkətinin 2024-cü ildə, ümumilikdə, 25 milyard kubmetrdən çox (2021-ci illə müqayisədə 57 faiz artıq) təbii qaz ixrac etdiyi, bunun, təxminən, 13 milyard kubmetrinin Aİ-yə üzv olan ölkələrin payına düşdüyü bildirilib. 

Xatırladaq ki, Məşvərət Şurasında qaz hasilatı və ötürülməsi infrastrukturunda davam edən irəliləyişlə yanaşı, təchizatın növbəti illərdə daha da artırılması məqsədilə maliyyələşdirmə, eləcə də investisiya tələbləri üzrə müzakirələr aparılıb. Görüşdə metan emissiyalarının azaldılmasına töhfə verən Qlobal Metan Vədi və Neft-Qaz Metan Tərəfdaşlığı 2.0 kimi təşəbbüslərin önəmi də xüsusi qeyd olunub.

Yaşıl Enerji Məşvərət Şurasında regionda enerji səmərəliliyi və bərpa olunan enerji potensialının artırılması istiqamətində yeni səylər müzakirə edilib. Azərbaycan Respublikasının 2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransına (COP29) ev sahibliyi etməsi və bu tədbirin əsas mandatları üzrə işləri uğurla yekunlaşdırması yüksək qiymətləndirilib. Bəzi iştirakçılar tərəfindən isə COP29 çərçivəsində irəli sürülən “yaşıl enerji zonaları” və dəhlizləri, eləcə də hidrogen üzrə enerji təşəbbüsləri  Paris Sazişinin məqsədlərinə və qlobal enerji keçidinin sürətləndirilməsinə verdiyi töhfə vurğulanıb. Xüsusilə Azərbaycanın COP Sədrliyi tərəfindən irəli sürülən və 100-dən artıq ölkənin dəstəklədiyi “Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi” təşəbbüsü Yaşıl Enerji Məşvərət Şurasının   diqqət mərkəzində olub.

Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində nazirlərin iclaslarında Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin, eləcə də Mərkəzi Asiyanın zəngin “yaşıl” enerji resurslarını Avropaya çatdırmağa yönəlmiş bir sıra “yaşıl” enerji dəhlizi layihələri müzakirə edilib. Bu layihələrin regionda enerji əlaqəliyinin artırılması və dayanıqlı enerjiyə keçidin təşviqi məqsədi daşıdığı vurğulanıb.

Energetika naziri Pərviz Şahbazov deyib ki, bugünkü qlobal çağırışlar fonunda enerji təchizatının şaxələndirilməsinin vacibliyi bir daha təsdiqlənib: “Təbii qaz enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır və qaz yataqlarına və infrastrukturuna davamlı investisiyalar mühüm əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və təchizat boşluqlarının aradan qaldırılması baxımından Aİ-nin hərtərəfli dəstəyi vacibdir. Eyni zamanda, “yaşıl enerji” interkonnektor layihələri Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və dayanıqlı enerjiyə keçidi sürətləndirəcək.”

Avropa Komissarı Dan Jorgensen isə bildirib ki, bugünkü görüşlər enerji təhlükəsizliyini yaxşılaşdırmaq və Cənub-Şərqi Avropada daha təmiz enerjiyə keçidi dəstəkləmək üçün birgə səyləri vurğulayır: “Bir çox tərəfdaşın yaxın illərdə Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının genişləndirilməsinə və bərpa olunan enerji mənbələrindən istifadə üçün yeni ticarət marşrutlarının yaradılmasına marağını görməkdən məmnunam”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see286

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see156

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see148

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see135

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see133

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see133

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see131

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see129

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see129

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see127

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see127

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see127

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see127

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see126

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see124

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see124

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see124

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see123

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri