Icma.az
close
up
RU
Yuxusuzluq yeniyetmələrin beyninə və davranışına necə təsir edir? TƏDQİQAT

Yuxusuzluq yeniyetmələrin beyninə və davranışına necə təsir edir? TƏDQİQAT

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

Yeniyetmələrdə yuxu keyfiyyəti və müddətinin beyin fəaliyyətinə və gələcək davranış problemlərinə təsiri Corciya Universitetində aparılan yeni bir araşdırmada müəyyənləşdirilib.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Brain and Behavior” jurnalında dərc olunan tədqiqat yuxu çatışmazlığının gənclərdə qərar qəbuletmə, özünü dərketmə və məlumat emalı kimi funksiyalarda iştirak edən beyin bölgələri arasında neyron əlaqənin zəifləməsi ilə bağlı olduğunu ortaya qoyub. Sözügedən neyron əlaqələrdəki pozulmalar isə depressiya, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB), eləcə də şizofreniya kimi psixi pozuntularla əlaqələndirilir.

UGA Ailə və İstehlak Elmləri Kollecinin professoru və tədqiqatın müəllifi Assaf Oshri qeyd edir: “Yuxu uşaqların psixi sağlamlığını qorumağa və emosional özünü tənzimləməyə kömək edir”. O bildirir ki, yuxu müddəti və səmərəliliyi ilə beyin şəbəkəsi bağlantısının nümunələri arasında əhəmiyyətli korrelyasiya müşahidə olunub və bu amillər davranış problemlərinin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.

Tədqiqat ABŞ-da həyata keçirilən, uşaq beyin inkişafı və sağlamlığı üzrə ən genişmiqyaslı, uzunmüddətli layihə olan Adolesan Beyin və Koqnitiv İnkişaf Araşdırması çərçivəsində əldə edilən məlumatlara əsaslanır. Ümumilikdə 2800-dən çox yeniyetmənin yuxu vərdişləri iki həftə ərzində Fitbit cihazları vasitəsilə obyektiv şəkildə izlənilib və bu məlumatlar MRT görüntüləmələri ilə müqayisə olunub. Valideynlərin verdiyi məlumatlar əsasında ikinci və üçüncü illərdə yeniyetmələrin davranış profilləri də təhlil edilib.

Tədqiqatın nəticələrinə görə, daha az beyin əlaqəsi nümayiş etdirən uşaqlar arasında impuls nəzarətində zəiflik, aqressivlik və davranış pozuntuları daha çox müşahidə olunub. Oğlanlar, yaşca daha böyük uşaqlar və etnik azlıqlardan olan yeniyetmələrdə yuxu müddətinin daha qısa olması və davranış problemlərinin daha sıx qeydə alınması bu qrupların daha yüksək risk altında olduğunu göstərir.

Tədqiqatın aparıcı müəlliflərindən biri olan Linhao Zhang bildirir: “Yeniyetməlik beynin inkişafı üçün son dərəcə kritik bir dövrdür. Keyfiyyətli yuxunun olmaması emosiyaların tənzimlənməsini və impulsların idarə olunmasını çətinləşdirə bilər”. L.Zhang əlavə edir ki, yuxunun təkcə müddəti deyil, keyfiyyəti də əsas əhəmiyyət kəsb edir: “Söhbət yalnız nə qədər yatmaqdan getmir. Əsas məsələ nə qədər yaxşı yatdığınızdır, yuxuya getmək nə qədər vaxt aldı, gecə neçə dəfə oyandınız?”…

Bu araşdırma yeniyetmələrdə yuxu keyfiyyətinin artırılmasına istiqamətlənmiş müdaxilələrin yalnız yuxu tənzimlənməsi ilə deyil, həm də uzunmüddətli psixi və davranış sağlamlığını qoruma baxımından əhəmiyyətlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 06:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri