Aİ səfiri: Şəhərlər iqlim dəyişikliyi ilə mübarizənin ön cəbhəsindədir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 10 fevral, P.Qafarova, foto İlqar Cəfərov, AZƏRTAC
İqlim dəyişikliyi artıq uzaq və abstrakt qlobal problem deyil, şəhərlərin, icmaların və iqtisadiyyatın gündəlik reallığına birbaşa təsir göstərən faktordur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç “Merlər Razılaşması Təşəbbüsü” tədbirində çıxışı zamanı səsləndirib.
Səfir bildirib ki, Azərbaycan artan temperatur, su stresi, ekstremal hava hadisələri və ətraf mühitin deqradasiyası ilə qarşı-qarşıyadır. Onun sözlərinə görə, Xəzər dənizində səviyyə dəyişiklikləri bu proseslərin regionda nə qədər ciddi xarakter aldığını göstərir.
Mariyana Kuyundziç vurğulayıb ki, şəhərlər iqlim tədbirlərinin ön cəbhəsində dayanır: “Çünki enerji istehlakı, nəqliyyat, binaların istilik təminatı və tullantıların yaranması məhz şəhərlərdə baş verir. “Merlər Razılaşması Təşəbbüsü” isə şəhərlərə iqlim hədəflərinə liderlik etmək, milli məqsədləri yerli səviyyədə real tədbirlərə çevirmək üçün güclü çərçivə yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 10 Fevral 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















