Icma.az
close
up
RU
Brüssel havanın çirklənməsini azaldan şəhərlər arasında ön sıralardadır

Brüssel havanın çirklənməsini azaldan şəhərlər arasında ön sıralardadır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Brüssel, 16 mart, AZƏRTAC

Belçikanın paytaxtı Brüssel son illərdə həyata keçirilən ekoloji tədbirlər sayəsində havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldan şəhərlər siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, yeni araşdırmaya görə, Brüssel dünyada çirklənməni ən çox azalda bilən 19 şəhər arasında yer alır.

Tədqiqat göstərir ki, 2010–2024-cü illər arasında Brüsseldə azot dioksidinin (NO₂) səviyyəsi 29 faiz azalıb. Eyni dövrdə xırda toz hissəciklərinin (PM2.5) miqdarı isə 42 faiz aşağı düşüb ki, bu da şəhəri bu göstərici üzrə dünyada ilk dörd şəhər sırasına daxil edib.

Hesabata görə, son 15 ildə ən azı 20 faiz azalma əldə edən 19 şəhər müəyyən olunub. Bu siyahıya Avropadan Brüssel ilə yanaşı, Paris, London, Roma, Berlin və Heidelberg də daxildir. Amerika Birləşmiş Ştatalrından yalnız San-Fransisko siyahıya düşüb, qalan şəhərlər isə əsasən Çində yerləşir.

Mütəxəssislər Brüsseldə əldə olunan nəticələri şəhər nəqliyyatının ekoloji cəhətdən yenidən təşkil olunması ilə əlaqələndirirlər. Paytaxtda velosiped zolaqlarının uzunluğu iki dəfə artırılıb, təxminən 40 min təhlükəsiz velosiped dayanacağı yaradılıb və şəhər mərkəzinin böyük hissəsi piyadalar üçün ayrılıb.

Ekspertlər hesab edirlər ki, bu kimi tədbirlər şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşmasına və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə verir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Mart 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri