“Aİ və NATO Rusiyaya müharibə elan etdi” Lavrov
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqı (Aİ) və NATO-nun Ukrayna vasitəsilə Rusiyaya müharibə elan etdiyini bəyan edib.
Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası üçün Nyu Yorkda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
BMT-də çıxış edən Lavrov Ukrayna müharibəsinin Qərb tərəfindən təhrik edildiyini ifadə edərək, "NATO və Avropa Birliyi (AB) Ukrayna üzərindən mahiyyətcə ölkəmə müharibə elan etdi və müharibədə birbaşa iştirak etdi" dedi.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Ukraynanın öz ərazilərini geri ala biləcəyini bəyan edərək, Rusiya prezidenti Vladimir Putinin və Rusiya iqtisadiyyatının böyük problem içində olduğunu bildirib.
Rusiyanın 3,5 ildir ki, əsl hərbi gücün bir həftəyə bitirə biləcəyi bir müharibə apardığını deyən Tramp, “Onlar bu şəkildə “kağız pələng” kimidirlər” dedi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 Sentyabr 2025 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















