Lavrov: NATO Rusiyaya uzaqmənzilli raket zərbələrində iştirak etdiyini etiraf edib
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Rusiya xarici işlər naziri həmçinin xatırladıb ki, alyans Kursk vilayətinin işğalında da iştirak edib.
Turkustan.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Kursk bölgəsinin işğalında və Rusiya Federasiyasına uzaqmənzilli raket hücumlarında iştirak edən NATO-ya eskalasiyada Rusiyanı günahlandırmadan əvvəl “özünə güzgüdə baxmağı” təklif edib.
Nazirə Qərbin Rusiya Federasiyasına qarşı KXDR-dən olan hərbi qulluqçuların guya hərbi əməliyyatlarda iştirakı ilə bağlı münaqişənin gərginləşməsinə dair ittihamları ilə bağlı sual verilib. “Qərbdə daim alovlanan bu məsələ ilə bağlı biz dəfələrlə açıqlama vermişik. Son zamanlar informasiya sızıntıları daha da aqressivləşib”-deyə, Lavrov ilin yekunları ilə bağlı TASS-a müsahibəsində deyib.
“Rusiyanı ittiham edənlər gedib özlərinə güzgüdən baxmalıdır. NATO hərbçiləri və muzdluları Ukrayna Silahlı Qüvvələrinin tərəfində hərbi əməliyyatların planlaşdırılmasında və həyata keçirilməsində açıq şəkildə iştirak edirlər. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu barədə açıq şəkildə Kursk vilayətinin və Rusiya ərazisinə raket zərbələrinin endirilməsindən danışıb".
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, informasiya müharibəsi şəraitində Qərb nümayəndələrindən obyektivlik gözləmək olmaz: "Biz onların anti-Rusiya eyhamlarını sakit və əsaslı şəkildə təkzib edəcəyik"-deyə, Lavrov yekunlaşdırıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 30 Dekabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















