Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Aİ və Rusiya arasında ticarət kəskin şəkildə azalıb

Aİ və Rusiya arasında ticarət kəskin şəkildə azalıb

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) ilə Rusiya arasında ticarət Ukraynada müharibənin başlamasından bəri təxminən 3 il ərzində əhəmiyyətli dərəcədə azalıb.

"Cebheinfo.az" xəbər verir ki, Avropa İttifaqı 2022-ci ilin fevralında Ukraynada müharibənin başlaması ilə Rusiyaya qarşı misli görünməmiş müxtəlif sanksiyalar tətbiq etsə də, bu, qarşılıqlı ticarətin kəskin azalmasına səbəb olub və hər iki tərəf üçün dinamikanı dəyişib.

Rusiya 2021-ci ildə Aİ-nin dünya ilə ümumi mal ticarətinin 5,8 faizini təşkil edərək, Aİ-nin beşinci ən böyük ticarət tərəfdaşı olub.

Müharibədən əvvəlki dövrdə Rusiyanın ən böyük ticarət tərəfdaşı olan Aİ Rusiyanın ümumi beynəlxalq ticarətində 37 faiz paya sahib idi. Bu dövrdə Rusiyanın idxalının 36,5 faizi, ixracının isə 37,9 faizi Aİ-nin payına düşüb.

2021-ci ildə Aİ ilə Rusiya arasında ümumi mal ticarəti 257,5 milyard avro olduğu halda, müharibənin başlaması ilə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qarşılıqlı ticarətdə kəskin azalma gətirib.

Aİ 2022-ci ilin fevralında Rusiyadan 21,4 milyard avro mal idxal edib və 7,6 milyard avroluq isə ixrac həyata keçirib. 

Bununla belə, Aİ 2022-ci il ərzində enerji məhsullarının, xüsusilə də təbii qazın qiymətlərinin artması səbəbindən Rusiyaya çox yüksək qiymət ödəyib.

Aİ-nin Rusiyadan idxalı 2023-cü ilin mart ayında 22,2 milyard avroya çatdıqdan sonra, 2023-cü ilin sentyabrında Aİ-nin Rusiyadan idxalı 3,1 milyard avroya qədər azalıb. 

Beləliklə, müharibə başlayandan bəri Aİ-nin Rusiyadan idxalı 86 faiz azalıb.

Müharibədən sonrakı dövrdə Rusiyanın Aİ-dən idxalı 2,7 milyard avroya qədər azalıb.

Beləliklə, 2022-ci ilin fevralında 29 milyard avro olan ümumi aylıq ticarət həcmi 2023-cü ilin fevralında 9,2 milyard avroya, 2024-cü ilin fevralında isə 6,2 milyard avroya qədər azalıb. 

Bu ilin sentyabr ayında ikitərəfli ticarət həcmi 5,9 milyard avro olaraq hesablanmışdı. Bu azalma ilə Aİ və Rusiya arasında ikitərəfli ticarət həcmi müharibədən əvvəlki səviyyə ilə müqayisədə beşdə birinə qədər azalıb.

2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin üçüncü rübündə Aİ-nin Rusiyaya ixracı 58 faiz, Rusiyadan idxal isə 86 faiz azalıb.

Xüsusilə 2021 və 2022-ci illərdə Aİ-nin enerji məhsulları üçün ödədiyi yüksək qiymətlər əhəmiyyətli ticarət kəsiri yaradıb. 

Aİ-nin Rusiya ilə ticarət kəsiri 2022-ci ilin ikinci rübündə 46 milyard avroya çatıb. Lakin idxal məhdudiyyətləri və enerji qiymətlərinin düşməsi nəticəsində Aİ-nin Rusiya ilə ticarət kəsiri bu ilin üçüncü rübündə 600 milyon avroya qədər azalıb.

Buna baxmayaraq, Aİ tərəfi Rusiya ilə iqtisadiyyatı üçün zəruri olan təbii qaz və LNG, o cümlədən gübrə və nikel kimi müxtəlif məhsullar üzrə ticarəti dayandırmayıb.

İndiyədək 14 sanksiya paketini həyata keçirən Aİ Rusiyanın iqtisadi bazasını zəiflətmək, onu kritik texnologiyalar və bazarlardan məhrum etmək, müharibə aparmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq məqsədi daşıyır.

Maliyyə sektorundakı sanksiyalara Rusiyanın 10 bankında SWIFT ödəniş sisteminin qadağan edilməsi, Rusiyanın Aİ kapitalına və maliyyə bazarlarına çıxışının məhdudlaşdırılması, Rusiya Mərkəzi Bankı və Rusiya Regional İnkişaf Bankı ilə əməliyyatların bloklanması, Rusiya vətəndaşlarının Aİ banklarına iri əmanətlər qoymasının qarşısının alınması daxildir. 

Rusiyaya əskinasların qadağan edilməsi, ruslara kripto aktiv əməliyyatları təklif etməmək kimi sahələr daxildir.

Enerji sektorundakı sanksiyalara Rusiya neftinin və neft məhsullarının dəniz yolu ilə daşınmasına qiymət məhdudiyyəti, Rusiyadan xam neft, neft məhsulları və kömür idxalının olmaması, LPG-nin alınmaması, Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) Aİ obyektlərindən təkrar ixrac edilməməsi, enerji sektorunda Rusiyaya malların və texnologiyanın ixracına qadağa, enerji və mədən sektorlarına yeni investisiyaların qoyulmasına qadağa daxildir.

Nəqliyyat sektorundakı sanksiyalara Aİ hava məkanının bütün Rusiya təyyarələri və Aİ limanlarının Rusiya gəmiləri üçün bağlanması, aviasiya, dəniz və kosmik sektorlarda Rusiyaya mal və texnologiya ixracına qadağası daxildir. 

Müdafiə və texnologiya sektorlarında mülki və hərbi ikili təyinatlı mal və texnologiyanın, İHA istehsalında istifadə oluna bilən məhsulların, silah və sursatların, informatika, elektron və optik komponentlərin, kimyəvi maddələrin və noutbukların Rusiyaya ixracı qadağandır.

Ticarət sektorunda Rusiyaya əsasən dəmir, çuqun, sement, bitum, asfalt, mis və alüminium məftil, borular, ağac, kağız, xlorid, kauçuk, eləcə də zərgərlik daxil olmaqla almaz və qızıl ixracı qadağan edilib.

İqtisadi sanksiyalar həmçinin Rusiya və ya rus vətəndaşlarına mühasibat uçotu, audit, mühasibatlıq və vergi məsləhətləri, memarlıq, mühəndislik və hüquq məsləhətləri verilməsini də əngəlləyib.

Nigar
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri