AİB Bakı Metropoliteni ndə yeni sahələrin inkişafına dəstək verəcək
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Asiya İnkişaf Bankının (AİB) Yeni yaranan sahələr üzrə enerji sektorunun direktoru Sindi Tiyankonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "APA-Economics"ə QSC-dən bildirilib.
Görüş Bakı metropoliteninin fəaliyyətində yeni yaranan sahələrin inkişaf perspektivlərinin müzakirəsi və birgə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə keçirilib.
Müzakirələr zamanı enerji səmərəliliyinin təmin edilməsi, metropoliten infrastrukturunun effektiv istismarı, mütərəqqi texnologiyalar, o cümlədən süni intellekt və data əsaslı qərarların qəbul edilməsi ilə səmərəyə nail olmaq üçün yeni konsepsiyanın hazırlanmasını özündə ehtiva edən 3 əsas istiqamət müəyyənləşdirilib.
Görüşdə, həmçinin atılacaq mərhələli addımların razılaşdırılması aparılıb. Həyata keçiriləcək tədbirlər Bakı metropoliteninin beynəlxalq bilik, təcrübə və ekspert mübadiləsindən istifadə etməklə hazırladığı layihələrin texniki-iqtisadi əsaslandırması və tətbiqindən ibarət olacaq.
Qeyd edək ki, 2025-ci ilin sonunadək bir neçə istiqamət üzrə birgə səmərəli fəaliyyətə başlanılması nəzərdə tutulur.
Baxış sayı:86
Bu xəbər 08 May 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















