Icma.az
close
up
RU
AİB özəl sektor əməliyyatlarını 2030 cu ilə qədər 13 milyard dollara çatdırmağı planlaşdırır MÜSAHİBƏ

AİB özəl sektor əməliyyatlarını 2030 cu ilə qədər 13 milyard dollara çatdırmağı planlaşdırır MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan iqtisadiyyatının son illərdə keçdiyi transformasiya mərhələsi, xüsusilə də şaxələndirmə, yaşıl enerji və institusional islahatlar sahəsində əldə olunan nəticələr beynəlxalq maliyyə institutlarının diqqətindədir. Bu qurumlar arasında mühüm tərəfdaşlardan biri də Asiya İnkişaf Bankıdır (AİB). 1999-cu ildən indiyədək AİB tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihələri üzrə Azərbaycana 5,5 milyard ABŞ dolları dəyərində maliyyə dəstəyi göstərilib.

Asiya İnkişaf Bankı Azərbaycan dövləti ilə yanaşı, özəl sektorla da uğurlu əməkdaşlıq edir. Bu xüsusda neft-qaz, elektrik enerjisi, yol, dəmir yolu, kənd təsərrüfatı, su təchizatı, çirkab suların axıdılması və digər istiqamətlərdə də birgə layihələr icra olunur.

Asiya İnkişaf Bankının prezidenti Masato Kanda həyata keçirilən layihələr və gələcək planlarla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. AİB prezidentinin müsahibəsini təqdim edirik.

- Asiya İnkişaf Bankı Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsinə necə dəstək verməyi planlaşdırır? Sektorun əsas çağırışları hansılardır və bank hansı maliyyə mexanizmlərini nəzərdən keçirir?

- Bakıya ilk rəsmi səfərim mənə Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi tərəqqini yaxından müşahidə etmək, Prezident İlham Əliyevlə Asiya İnkişaf Bankı və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsini müzakirə etmək imkanı verdi. Ötən 25 il ərzində tərəfdaşlığımız ölkədə sosial rifahın yüksəlməsinə və dayanıqlı inkişafın möhkəmlənməsinə əhəmiyyətli dərəcədə töhfə verib. Bu müddətdə AİB Azərbaycan iqtisadiyyatına ümumilikdə 5,5 milyard dollar, o cümlədən özəl sektora 1,2 milyard dollar investisiya yönəldib.

Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) çərçivəsində AİB 2025–2029-cu illərdə ölkənin inkişaf prioritetlərinə dəstək məqsədilə 2,5 milyard dollara qədər əlavə investisiya ayırmağı planlaşdırır.

Azərbaycan son on ildə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib. AİB bu prosesə üç istiqamət üzrə dəstək göstərir:

Birinci istiqamət biznes mühitinin yaxşılaşdırılması və ixraca yönəlmiş müəssisələr üçün maliyyə imkanlarının genişləndirilməsidir. Aqrobiznes, emal sənayesi, logistika və rəqəmsal xidmətlər üzrə özəl investisiyaların stimullaşdırılması, ticarətin asanlaşdırılması, kiçik və orta bizneslərin maliyyə resurslarına çıxışının artırılması əsas prioritetlərimizdəndir. Yaxın zamanda iki kommersiya bankının AİB-in ticarət və təchizat zənciri maliyyələşdirməsi proqramına qoşulması bu istiqamətdə əhəmiyyətli irəliləyiş olacaq.

İkinci istiqamət regional dəyər zəncirlərinin inkişafına xidmət edən infrastrukturun gücləndirilməsidir. AİB-in 400 milyon dollarlıq dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Sumqayıt-Yalama xətti yenidən qurulub. 2024-cü ildə dəmir yollarının rəqəmsal transformasiyası və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi üçün əlavə 47 milyon dollar ayrılıb. Bu sərmayələr Azərbaycanın Orta Dəhlizdə artan roluna xidmət edir.

Üçüncü istiqamət insan kapitalının və institusional potensialın gücləndirilməsidir. Yüksək əlavə dəyər yaradan sahələr üzrə rəqabət qabiliyyətini artırmaq üçün kadrların və müəssisələrin səriştələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır.

AİB bu dəstəyi yalnız maliyyə vasitələri ilə deyil, həm də siyasi dialoq, analitik bilik və innovativ texnologiyalar vasitəsilə təqdim etməklə Azərbaycanın bilik əsaslı və şaxələndirilmiş iqtisadi vizionuna töhfə verir.

- AİB-in Azərbaycanda özəlləşdirmə prosesinə marağı barəsində də danışmağınızı istərdik. Bank dövlət müəssisələrinin kommersiyalaşdırılması istiqamətində hansı addımlar atır?

- Dövlət sektorunda aparılan islahatları yüksək qiymətləndiririk. Azərbaycan İnvestisiya Holdinqinin və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması korporativ idarəetmənin gücləndirilməsi, şəffaflığın artırılması və beynəlxalq standartlara uyğun fəaliyyətin təmin edilməsi baxımından mühüm addımdır.

AİB hazırda bir sıra dövlət müəssisələri ilə korporasiya, maliyyə və idarəetmə sistemlərinin təkmilləşdirilməsi, satınalma mexanizmlərinin gücləndirilməsi və insan resurslarının inkişafı istiqamətində sıx əməkdaşlıq edir. Məqsəd həmin müəssisələrin kommersiya prinsipləri əsasında fəaliyyətini təmin etmək və gələcəkdə kapital bazarlarına çıxışını asanlaşdırmaqdır.

Dövlət-özəl tərəfdaşlığı mexanizmləri xüsusi diqqət mərkəzindədir. Hövsan çirkab sularının təmizlənməsi zavodunun dövlət-özəl tərəfdaşlığı modeli ilə hazırlanması prosesində AİB-in tranzaksiya məsləhətçisi qismində iştirakı bunun bariz nümunəsidir.

AİB son illər özəl sektor əməliyyatlarının həcmini iki dəfə artırıb və 2030-cu ilə qədər bu göstəricini illik 13 milyard dollara çatdırmağı hədəfləyir. Bu yanaşma Azərbaycanda özəlləşdirmə prosesinə, rəqabət mühitinin inkişafına və xidmət keyfiyyətinin yüksəldilməsinə əlavə dinamizm gətirəcək.

- AİB Azərbaycanın yaşıl enerji prioritetlərini necə dəstəkləyir? Yaxın illərdə konkret layihələr üzrə maliyyələşdirmə gözlənilirmi?

- Azərbaycanın külək və Günəş enerjisi üzrə çox böyük potensialı var. 2030-cu ilə qədər bərpaolunan enerjinin payının 30 faizə çatdırılması tam reallaşdırıla bilən hədəfdir. AİB bu məqsədi tam dəstəkləyir və yaşıl enerjiyə keçid üçün maliyyələşdirmə, texniki ekspertiza və siyasət məsləhəti verməyə hazırdır. AİB və özəl sektor tərəfdaşlığı çərçivəsində “Masdar” şirkəti ilə birlikdə “Qaradağ” Günəş stansiyası, həmçinin “Biləsuvar” və “Neftçala” layihələri maliyyələşdirilib. Böyükşor gölündə 100 kVt gücündə üzən Günəş stansiyası kimi innovativ pilot təşəbbüslər də bankın dəstəyi ilə reallaşdırılır. AİB və Asiya İnfrastruktur İnvestisiya Bankı hazırda Xəzər Yaşıl Enerji Dəhlizi üzrə məqsədəuyğunluq araşdırmasını birgə hazırlayır. Bərpaolunan enerjinin şəbəkəyə inteqrasiyasının gücləndirilməsi üçün elektrik şəbəkəsinin modernləşdirilməsi əsas şərtdir. Bu məqsədlə geniş tutumlu batareya saxlama sistemləri, süni intellekt əsaslı idarəetmə platformaları və şəbəkə itkilərinin azaldılması üzrə texnoloji həllər nəzərdən keçirilir. AİB, həmçinin nəqliyyat, metro və təmiz istilik sahələrində karbon emissiyalarını azaldan layihələri dəstəkləməyə davam edir.

- Yeri gəlmişkən, AİB-in Yaşıl Enerji Dəhlizi ilə bağlı növbəti planları nələrdir? Hansı ölkələrlə danışıqlar aparılır?

- AİB Xəzər Yaşıl Enerji Dəhlizinin araşdırılması üçün 1,2 milyon dollar dəyərində texniki yardım təqdim edir. Araşdırma Azərbaycan, Qazaxıstan və Özbəkistanı əhatə edir. Layihənin məqsədi Mərkəzi Asiya, Xəzər hövzəsi və Qara dəniz istiqaməti üzrə bərpaolunan enerji potensialını birləşdirərək Asiya ilə Avropa arasında dayanıqlı enerji körpüsü yaratmaqdır. Növbəti mərhələdə AİB bu üç ölkədə ötürücü xətlərin yenilənməsi, enerji saxlama sistemlərinin yaradılması və transsərhəd enerji ticarəti üçün tələb olunan infrastrukturun maliyyələşdirilməsini nəzərdən keçirir. Hazırda hökumətlər arasında bu mövzuda fəal dialoq davam edir. Regionun digər ölkələri də təşəbbüsə maraq göstərib. Onlarla normativ çərçivənin təkmilləşdirilməsi, texniki yardım və investisiya imkanları üzrə danışıqlar aparılır. AİB bu mühüm regional layihənin həyata keçirilməsində əsas tərəfdaş kimi növbəti mərhələlərə həm maliyyə, həm də ekspert dəstəyi göstərməyi davam etdirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri